“Varlanmağın sirri tapıldı!

Varlanmağın sirri tapıldı!

Xoşbəxt bir evlilik uğurlu bir karyeranın təminatçısıdır. Ona görə də varlanmağın sirri xoşbəxt bir münasibətdir.

Var-dövləti 1,1 milyard dollar olan Facebook CEO-su Sheryl Sandberg 2011-ci ildə Nyu Yorkdakı IGNITOIN konfransında belə deyib: “Karyeranızla əlaqəli verəcəyiniz ən vacib qərar kiminlə evlənəcəyinizdir.”

The Simple Dollar-dakı Catherine Alford da bu düşüncəni belə dəstəkləyir: “Əgər başqa biri ilə evlənmiş olsaydım, həyatım tamamilə fərqli olardı. Həmin vaxt fərqinə varmamış olsam da, həyat yoldaşım maliyyə sahəsində verdiyim ən yaxşı qərar idi.”

Məşhur təlimçi Jim Rohn-un dediyi kimi: “Biz ən çox vaxt keçirdiyimiz beş nəfərin ortalamasıyıq.” Bu söz xüsusilə həyat yoldaşlarımızı nəzərə aldıqda çox düzgündür.

Bütün bu düşüncələr aparılan araşdırmalarla da dəstəklənib. Araşdırmalar göstərir ki, vicdanlı bir həyat yoldaşına sahib olmaq gəlirimizi vacib ölçüdə artıra bilər. Hesablamaların nəticəsinə əsasən məlum olmuşdur ki, yüksək dərəcədə vicdanlı bir həyat yoldaşına sahib olan işçinin aşağı dərəcədə vicdanlı bir həyat yoldaşına sahib olan işçi ilə müqayisədə vəzifəsinin yüksəlməsi ehtimalı 50% daha yüksəkdir.

Təqdiqatçılar sözlərini belə bitirirlər: “Vicdanlı insanlar partnyorlarının karyeralarına daha yaxşı fokuslanmasına icazə verməyə meyillidirlər. Digər tərəfdən vicdanlı həyat yoldaşına sahib olan insanlar evlilikləri barəsində daha müsbət düşüncələrə sahibdirlər və evlərində mübahisə ilə stresin olmaması enerjilərini işlərinə saxlaya bilmələrinə imkan verir.”


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar