İlk görüş qarşı tərəfə xarakterinizlə bağlı bəzi sirlər verəcək. Gec getməyiniz bu görüşə əhəmiyyət vermədiyinizi bildirir. Tez getməyiniz isə həddindən çox istəkli görünməyinizə səbəb ola bilər. İlk görüşdə nə çox diqqətsiz, nə də çox istəkli görünmək istəməzsiniz. Bu səbəbdən də görüş yerinə planlaşdıdığınız saatda gedin.
Baxımlı olun.
İlk görüşdə xarici görünüş əhəmiyyətlidir. Qarşı tərəfdə yaradacağınız ilk təəssürat bu görünüşdən yaranacaq. Baxımlı olmağa və yaxşı görünməyə diqqət edin. Bu, özünüzə və görüşəcəyiniz insana hörmət bəslədiyinizi göstərəcək.
Onun görünüşü ilə bağlı müsbət sözlər deyin.
Pencəyin gözəldir, saçların xoşuma gəldi, və s. kimi sözləri işlədərək aranızda isti bir ünsiyyət qura bilərsiniz. Bu, onun özünə inamını artıracaqdır. Beləcə, sizinlə daha rahat ünsiyyət qura biləcək, sizə onu olduğu kimi tanıma fürsəti verəcəkdir. Özünüzü onun yerinə qoyun, qarşınızdakı sizə bu sözləri desə, özünüzü necə hiss edərdiniz?
Keçmişdə daha əvvəl sizi incitmiş bir insan ilə görüşməyin.
Əvvəllər görüşdüyünüz, hətta sevgili olduğunuz və ürəyinizi qıran bir insan ilə yenidən görüşməyin. Keçmişi keçmişdə buraxmalısınız.
Görüş ərzində virtual aləmdən mümkün qədər uzaq olun.
Smartfonlarınızı bir neçə saatlıq buraxın. Görüşə başladığınız andan etibarən virtual aləmdən qopmağın vaxtı gəlib deməkdir. Smartfonlarınızı bir kənara qoyun və qarşı tərəfi tanımaq üçün birlikdə keçirdiyiniz vaxtı əlverişli istifadə edin.