Münasibətiniz yaxşı gedirmiş kimi görünsə də, əslində sizi narahat edən şeylər ola bilər. Bəlkə də bu narahatlığın səbəbi qarşınızdakının sizin üçün doğru insan olmamasıdır. Yanlış insan ilə birlikdə olduğunuzu göstərən işarələri məqaləmizdən oxuyun.
Başqaları qüsursuz bir münasibətinizin olduğunu düşünsə də, əslində sizin üçün hər şey göründüyü kimi olmaya bilər. Nə qədər problemsiz olsa da, münasibətinizlə bağlı sizi narahat edən şeylər varsa, bəlkə də problem münasibətdə yox, münasibəti yaşadığınız insandadır.
Şəxsi sahənizə hörmət bəsləmir?
Partnyorunuzun daim sizinlə vaxt keçirmək istəməsi başlanğıcda narahat edici olmaya bilər. Bəlkə də bu sizə olduqca romantik gələ bilər. Ancaq bu istək zamanla sizi ondan asılı hala salacaq. İşlərinizin, bir sosial həyatınızın, ya da sadəcə özünüzə ayırmaq istədiyiniz bir vaxtın olmasına hörmət etməyən bir insanla birlikdəsinizsə, münasibətinizi gözdən keçirməyinizdə fayda var.
Fərqli biri kimi davranmağa çalışırsınız?
Sağlam və doğru bir münasibət yaşamaq üçün iki tərəfin də bir-birini olduğu kimi sevməsi və qəbul etməsi vacibdir. Ancaq onunla birlikdə olduğunuz zaman olduğunuzdan fərqli davranmağa başlayırsınızsa bu, heç də yaxşı bir əlamət deyil.
Çevrənizdə heç kəs onu bəyənmir?
Əlbəttə bir münasibəti ən yaxşı onu yaşayanlar bilir. Ancaq dostlarınızdan və ailənizdən həmin adamı bəyənən heç kəs yoxdursa, bir az düşünməyinizdə fayda var. Sizi illərdir tanıyan və sevən insanların sizin pis olmağınızı istəməyəcəklərini bilin.
Problemlərinizi onunla bölüşməkdən çəkinirsiniz?
Bir problem haqqında danışmaq istədikdə çıxan davalardan bezib, susmağa başlamısınız? Bu zaman onun sizin üçün doğru insan olmadığını demək elə də çətin deyil.