İlk təəssürat hər sahədə olduğu kimi iş həyatında da çox təsirlidir. Yeni işinizdəki ilk gününüzdə doğru və xoş təəssürat formalaşdıra bilməyiniz üçün sizə bir neçə məsləhət verəcəyik.
İlk günlər yeni iş yoldaşlarınızın sizin necə biri olduğunuza qərar verdikləri günlərdir. İlk təəssürat hər zaman xatırlanacaqdır. Doğru təəssürat formalaşdırmağınız hətta gələcəkdən vəzifənizin artımına belə təsir göstərə bilər.
Əlbəttə narahat olmağa da ehtiyac yoxdur. Müdiriniz sizin öyrəşmə və öyrənmə müddətinə ehtiyac duyduğunuzu özü də anlayacaq. Ancaq bir neçə sirr ilə möhtəşəm təəssürat yaratmaq da mümkündür.
Pozitiv olun
Bütün hallarda pozitiv olmaq işə yarayacaq. Komandaya qoşulmaq üçün hiss etdiyiniz həyəcanı onlara da hiss etdirin və iş xaricində olan problemlərinizi işdən kənarda buraxın.
Professional geyinin
Bir professional kimi geyinmək çox vacibdir. İşə başlayarkən komandanın daha rahat geyimlər geyindiyini görsəniz də, siz daha səliqəli geyindiyinizdən əmin olun.
Komanda ruhuna uyğun olduğunuzu göstərin
Artıq bir komandanın parçasısınız. Komandalar həm problemləri, həm də uğurları bölüşürlər. İş yoldaşlarınızın adını da tez öyrənin.
Sual verin
Kimsə sizdən möcüzə yaratmağınızı gözləmir. İlk günlərdə suallar verərək kömək istəməkdən çəkinməyin. Lakin sualların cavablarını yadınızda saxlamağa çalışın.
Kəşf edin
Müdirinizlə və iş yerinizlə bağlı iş üçün lazım olan bütün məlumatları öyrənin.
Dəqiq olun
Təbii ki, bəzən xəstələnə və ya işə gecikə bilərsiniz. Ancaq xüsusilə ilk günlərdə hər gün düz vaxtında işdə olmağa diqqət edin. İlk günlərdən məsuliyyətsiz işçi kimi görünməyi əlbəttə istəməzsiniz.
Dedi-qodudan uzaq olun
Heç bir dedi-qoduya qarışmamağa diqqət edin. Belə insanlarla çox vaxt keçirməməyə çalışın.
Sosial fəaliyyətlərə qatılın
İşdən sonra təşkil olunmuş sosial fəaliyyətlərə mütləq qoşulun. Beləcə iş yoldaşlarınızla daha tez mehribanlaşa bilərsiniz.