Birdən çox işi eyni anda düşündüyünü deyən “multitasking” üstadları sadəcə beyinlərinə zərər verir. “Multitasking” ilə bağlı son araşdırmalar yazımızda...
Beynimiz eyni anda tək bir şeyə fokuslanmaq üçün dizayn edilmişdir və onu məlumatlara boğmaq beyni sadəcə yavaşladır. “Multitasking”, yəni birdən çox işi eyni anda etmək düşünülənin əksinə beynimiz üçün heç də uyğun deyil. Niyə? Earl Miller (neuroscientist) belə deyir: “Beynimiz “multitasking” üçün uyğun deyil. İnsanlar “multitasking” etdiklərini düşündüklərində əslində çox sürətli bir şəkildə bir mövzudan digərinə keçirlər. Bunu hər etdiklərində isə əvəzində bəzi şeyləri vermiş olurlar.” Bu davamlı mövzu dəyişdirmə halı beynimizə mənfi vərdişlər qazandırır. Kiçik bir işi həll etdikdə (misal üçün e-mail göndərmək, bir mesajı cavablamaq) bir doza dopamin, yəni mükafat hormonumuz ifraz olunur. Beynimiz də bu dopamini çox sevdiyi üçün davamlı olaraq kiçik işdən digər bir kiçik işə keçmək və sürətli bir şəkildə mükafatlandırılmaq istəyir. Bu hal çox təhlükəli bir “geriqidalanma çarxı” yaradır. Bu çarx daxilində bir çox işi həll etmiş kimi hiss etdirsiniz, amma elə də böyük bir iş etməmiş olursunuz. Əslində bəziləri e-mail/twitter/facebook-u yoxlamağı bir asılılıq olaraq görür. Bununla bağlı yazımız da diqqətinizi çəkə bilər.
“Multitasking” gördüyünüz işin keyfiyyətini və işləmə verimliliyinizi azaldır.
“Mulitasking” düşüncələri yaxşı idarə edə bilməyinizi və lazımsız məlumatları beyninizdən süzməyinizi çətinləşdirir. İşləmə veriminizi və gördüyünüz işin keyfiyyətini aşağı salır. London universitetində aparılmış bir araşdırma təcrübədə iştirak edən insanların “multitasking” üsulu ilə işlədikdə İQ-də enişlər yaşadıqlarını göstərib. Bu İQ enişlərinin bir gecə ərzində heç yatmamış və narkotik maddə istifadə etmiş insanlarda görülən İQ enişləri qədər olduğu müəyyən edilmişdir. Bu, isə qorxuducu bir nəticədir.
“Multitaskingin” stress hormonu olan kortizolun ifrazını sürətləndirdiyi də bir başqa versiyadır. Beynimizin davamlı olaraq düşüncə dəyişdirməsi stressə səbəb olur və bizi yorur. Bunların nəticəsində də günə yeni başlamış olsaq da, zehni olaraq yoruluruq. Bəs “multitasking”in ən böyük köməkçisi kimlərdir desəniz, bunların e-mail qutuları olduğunu deyə bilərik. Bəzi araşdırmaların nəticələri göstərmişdir ki, e-mail qutularımızda oxunmamış bir e-mail olması səbəbindən ortaya çıxan “multitasking” belə İQ-müzü 10 xal geri salır! E-mail qutumuzda oxunmamış, yeni bir e-mailin olması həyəcanı belə diqqətimizi dağıtmağa bəs edir. Bir araşdırma işçilərin iş həftəsinin yüzdə 28-ni maillərini yoxlayaraq keçirdiklərini göstərmişdir. Ən yaxşısı e-mailləri yoxlamaq üçün müəyyən saatlar qoyun. Özünüzü gündə sadəcə 3 dəfə mailləri yoxlamağa proqramlaşdırın. Misal üçün iş yerinizə yeni çatdıqda, günorta yeməyindən sonra və işdən çıxmazdan əvvəl. SMS bildirişlərini də bağlayın. Təəssüf ki, bu hal kişilər üçün daha təhlükəlidir. Kişilər üçün “multitasking” İQ-nü 15 xala qədər aşağı sala bilər.
Üstəlik bunun beyində yaratdığı ziyan qalıcı ola bilər.
Aparılan yeni araşdırdırmalar “multitasking”in beyində qalıcı problemlər yarada biləcəyini də ortaya çıxarmışdır. Bu zaman empatiya və hisslərin idarə edilməsindən məsul olan beyin hissəsində problemlərin meydana çıxdığı müşahidə edilib. Lakin “multitasking”inmi buna səbəb olduğu, yoxsa əksinə bunun “multitasking”ə gətirib çıxardığı hələ dəqiq müəyyən edilməmişdir. Ancaq bütün bunlara baxmayaraq “multitasking”in yaxşı bir şey olmadığını deyə bilərik.
Nəticə olaraq bundan sonra çıxarmalı olduğumuz dərs nədir? Multitasking CV-yə əlavə ediləcək yaxşı bir şey deyil, əksinə qarşısını almağın lazım gəldiyi pis bir vərdişdir. Bildirişləri bağlayın, e-mail və mesajlarınızı yoxlamaq üçün yalnız müəyyən saatlar qoyun və beyninizi əlinizdəki işə verin.