“Ağıl sağlamlığınıza zərər verən vərdişlər

Ağıl sağlamlığınıza zərər verən vərdişlər

Depressiya, adətən, sevdiyimiz birinin ölümü, işsiz qalmaq, maddi çətinliklər kimi bizdən asılı olmayan faktorlar səbəbindən ortaya çıxır. Ancaq hər gün edilən kiçik dəyişikliklər psixologiyamıza düşündüyümüzdən daha pis təsir edir.

Sosial şəbəkə vərdişləri, məşq və hətta gəzinti belə içinizdəki xoşbəxtliyi bir qara dəlik kimi içinə çəkə bilər. Xoşbəxtliyinizə əngəl olan bu vərdişləri dəyişdirə bilərsiniz.

Əhval-ruhiyyəniz yerişinizi dəyişdirə bilər.

Ancaq bunun tam əksi də eyni dərəcədə təsirlidir. Xoşbəxt addımlar üçün yeriyən zaman çənənizi qaldırın və çiyinlərinizi dik tutun.

Görməli olduğunuz işləri təxirə salmaq sizi depressiv edir.

Bir işi görməməyinizin səbəbi sıxıcı olması və ya o an onu etmək istəməməyinizdirsə, heç kəs sizə kömək edə bilməz. Ancaq özünüzü pis hiss etdirəcək, ya da uğursuz olmaqdan qorxacağınız işləri daha sonraya saxlamaq sizi sakitləşdirmək yerinə, daha da kefsiz edir.

Münasibətiniz kefsizliyinizin səbəbi ola bilər.

Psixoloqlar bir çox xəstələrinin münasibətlərdən qaynaqlanan problemlər səbəbilə depressiyaya girdiyini deyir. Münasibətləri səbəbilə depressiyaya düşən insanlar bəzən bunun illər sonra fərqinə vara bilir. Partnyorunuzun özünüzə güvəninizi zədələdiyini və sizi depressiyaya saldığını düşünürsünüzsə, bir mütəxəssisə, ailənizlə və dostlarınızla məsləhətləşə bilər və ya bu mözvuda kömək ala bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!