“Ürəyiniz sıxıldıqda yazı yazın!

Ürəyiniz sıxıldıqda yazı yazın!

Əgər ətrafınızdakı insanlardan daha çox yazmağı sevən və özünü bu formada ifadə etməyi bacaran birisinizsə, bu vərdişin nə qədər sakitləşdirici və zənginləşdirici olduğunu artıq bilirsiniz. Hətta gün ortasında, hələ ofisdə olduğunuz zaman özünüzü narahat hiss edə bilərsiniz. Fikirlər davamlı olaraq beyninizin içində axa bilər. Yazmağın özündən zövq ala bilərsiniz. Fərqində olmadığınız şey isə yazmağın bir çox faydasının olduğudur.

Özlərini yazaraq ifadə edən insanlar xəstəliklərini daha az problem edir və daha tez sağalır.

Artriti olan xəstələr, HİV/AİDS, xərçəng, astma və kistik fibroz xəstəliyi olanlar günün 15-20 dəqiqəsini yazmağa ayırdıqda böyük irəliləyişlər nəzərə çarpır. Düşüncələrini daha yaxşı toplaya bilirlər və keçmişdən daha asan xilas ola bilirlər.

İndi isə yazmaq ilə bağlı məsləhətləri qeyd edək:

- Dərin, şəxsi və kritik əhəmiyyət daşıyan bir şey yazın,

- 20 dəqiqə ərzində heç dayanmadan yazın,

- Bunu 5 gün ərzində aralıqsız olaraq davam etdirin.

Bunun köməkliyi ilə özünüzü daha az stresli hiss edəcək, keçmişinizlə daha barışıq olacaq və hətta fiziki olaraq daha güclü hiss edəcəksiniz. Yazmaq təkcə rahatlaşdırıcı bir şey deyildir. Həmçinin rifah səviyyənizi də dəyişdirə bilər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!