“Aldadılma travmasından qurtulmaq mümkündürmü?

Aldadılma travmasından qurtulmaq mümkündürmü?

Romantik münasibətdə aldatma və aldadılma ciddi psixoloji təsirlərə səbəb ola bilər. Aldadılan insan ən başda təəccüb və xəyal qırıqlığı duyğularının təsirində qalarkən, “dünyası alt-üst oldu” sözünün qarşılığı kimi hiss edərək ümidsizliyə qapıla bilər.İnsan, bu hadisəni heç vaxt unutmayacağını, bu münasibətin heç vaxt düzəlməyəcəyini, hətta gələcəkdə heç bir münasibət qura bilməyəcəyini düşünməyə başlayır. Qısaca, insanın özünə, dünyaya və gələcəyə qarşı olan güvəni sarsılır.

Bəs aldadılma duyğusunu sovuşdurmaq mümkündürmü?  Bəli, hər travmatik hadisədə olduğu kimi düzgün psixoloji dəstəklə aldadılmanın da təsirlərindən qurtulmaq mümkündür. Hadisə hələ təzədirsə, edilməsi lazım olanlara nəzər salaq...

Duyğularınıza icazə verin
Yaşanan bir çox hadisədə insanların etdiyi ən böyük yanlış duyğularını boğmağa çalışmaqdır. Təəssüf ki, duyğularınızı boğmaq ruh sağlamlığınıza mənfi təsirlər göstərəcəkdir. İlk olaraq yaşadığınız duyğulara icazə verməlisiniz. Təəccüb, hirs, acı kimi bütün duyğularınızı tanıyın və nə hiss etdiyinizi adlandırın.

Vəziyyəti daha da çətinləşdirməyin.
Aldadan partnyordan intiqam almaq, özünüzə və ya başqasına zərər vermək, vəziyyəti yaxşılaşdırmayacaq, daha da pisləşdirəcəkdir! Belə düşüncələrə sahib olmağınız normaldır, lakin bunları tətbiq etməməyiniz sizin üçün yaxşı olar. Hirsinizi daha sağlam şəkillərdə yaşamağa çalışın; qaçın, qışqırın, dostlarınızla danışın və s.

Travma ilə məşğul olan professional birindən dəstək alın.
Başda da dediyim kimi aldadılma bir travmadır və hər travmatik vəziyyətdə olduğu kimi bütün mənfi təsirlər aradan qaldırıla bilər. Bu sahədə çalışan bir psixoloqdan kömək almaq həyatınıza müsbət təsir edəcəkdir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!