“İş saatlarında daha verimli olmağın yolları

İş saatlarında daha verimli olmağın yolları

Az, amma verimli işləyərək karyeramızda uğurlu olmağı hamımız istəyirik. İş saatlarımızın çox uzun olmasından şikayət edirik. İşdən daha tez çıxsaq, özümüzə daha çox ayıracaq vaxtımız olacağını düşünürük.  Amma bir çoxumuz 8 saatlıq 09:00-17:00 iş sisteminə həbs olmuş haldayıq. Bəs bu iş saatları müddətində nə qədər verimli ola bilirik?

Səhər saatlarının, xüsusilə də oyandıqdan sonrakı ilk 3 saatın zehni əmək tələb edən işləri həll etmək üçün ən verimli saatlar olduğu deyilir. Bütün gün diqqətimiz dağıldığı üçün saatlarla uzanan işlərimizi səhər həll edərək gün ərzində başqa işləri etməyə vaxt tapa bilərik.

Günün ilk 3 saatı verimlilik baxımından ən vacib saatlardır. Klassik 09:00-17:00 iş saatları isə verimli işləyə bilməyiniz üçün əslində yaxşı bir aralıq deyil. İşlərin çoxu fiziki güc tələb etdiyi dövrlərdə bu məntiqli idi. Ancaq günümüzdə zehnin ön planda olduğu işlərin çoxaldığını nəzərə alsaq, bu saat aralığında verimli ola bilmədiyimiz bir həqiqətdir.

İnsanların iş yerlərindəki orta performansları, məsuliyyəti üzərlərinə götürməkdən qaçmaqları və bir çox insanın işinə nifrət etməsi müəyyən olunmuş iş saatlarının verimli olmamasından qaynaqlanır. Bun gerçəyi sübut edən bir çox elmi işlər var.

Dünyadakı ən verimli iş sisteminə sahib olan ölkələrdə klassik 8 saatlıq iş günü sistemi istifadə olunmur. Bu ölkələrdə iş saatları təxmin etdiyinizdən daha azdır. Məsələn Lüksenburqda insanlar həftədə 30 saat işləyir. Üstəlik həftədə 5 gün 6 saata yaxın işləyərək daha uzun saatlar ərzində işləyənlərdən daha çox gəlir əldə edirlər. Üstəlik bu haqqında danışdıqlarımız Lüksenburqda ortalama gəlir əldə edən insanlardır.

Keyfiyyətmi, kəmiyyətmi?

Əgər siz də bir çoxları kimisinizsə, onda iş gününüz yavaş templi iş, sosial şəbəkələr və e-maillərin səbəb olduğu davamlı diqqət dağınıqlığının bir qarışığıdan yaranır. Bir çox insanın iş saatları öz performansının təpə nöqtəsində deyil. Bu insanlar işlədikləri vaxt rahat bir şəkildə işləyirlər. Çünki o işi görmək üçün çox vaxtları var.

Araşdırmalara əsasən məlum olmuşdur ki, etdiyiniz məşqlərdən ən yaxşı nəticəni ala bilməyiniz üçün uzun məşq proqramları yerinə daha qısa, amma daha güclü bir proqram seçməyiniz və bunu da keyfiyyətli bir istirahət ilə sonlandırmağınız lazımdır.

Üsul sadədir. Güclü iş və daha sonra yüksək keyfiyyətli bir istirahət dövrü.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!