“Beyninizin sağ yarımkürəsi bütünlüklə indiki an ilə, sol yarımkürəsi isə tamamilə keçmişlə və gələcəklə əlaqəlidir.” Jill Bolte Taylor
Sağ yarımkürə tamamilə burada və indi olanlarla əlaqəlidir. Sağ yarımkürəmiz rəsmlərlə düşünür və bədənimizin hərəkətlərindən kinestetik olaraq öyrənir. Enerji halındakı informasiya hissiyyat sistemlərimizdən içəriyə doğru davamlı şəkildə axır və sonra indiki anın necə göründüyünü, necə iyləndiyini, dadının necə olduğunu, hansı hissləri oyandırdığını və necə səs çıxardığını ifadə edən bu böyük sistemi ortaya çıxarır. Biz ətrafdakı enerjilərlə bağlı bir enerji varlığıq. Bu əlaqəni sağ yarımkürənin vasitəsilə qururuq. Bizlər bir-birimiz ilə əlaqəli enerji-varlıqlarıq. Bir insanlıq ailəsi olaraq bizi bir-birimizə bağlayan sağ yarımkürə anlayışımızdır. Bu planetdə hamımız qardaşıq. Bizlər bu dünyanı daha yaxşı bir yerə çevirmək üçün burdayıq.
Sol yarımkürəmiz tamamilə keçmişlə və gələcəklə əlaqəlidir. Sol yarımkürəmiz indiki ana aid olan o böyük sistemi götürüb içindəki detalları daha da detallandırmaq üçün nəzərdə tutulub.
Sol yarimkürəmiz daim danışaraq düşünür. Beynimizin içində heç susmayan, bizi, iç dünyamızı xarici dünyamızla bağlayan da budur. O, nə vaxt paltarları yumalı olduğumuzu bizə xatıladan bir hesablayıcıdır.
Yağlı və şəkərli qidalar beyninizə necə təsir edir?