Eqomuz bütün həyatımızın idarəsini əlinə aldıqda nə edə bilərik?
Şüurlu canlılar olaraq hamımızın fərqli cəhətləri var. Bunlardan biri sevgi dolu tərəfimiz, digəri isə bir maska taxmış olan eqomuzdur. Eqo özünü hamıdan fərqli görən və bizi əslində digərlərindən uzaqlaşdıran tərəfimizdir. Və bu tərəfimiz bəzən digərlərindən daha güclü olub bizi ələ keçirə bilir. Eqonuzu idarə etməyin yolları:
- Heç birimizin mükəmməl olmadığımızı xatırlayın. Əgər özünüzü başqalarını qınayarkən görürsünüzsə, bunu edən eqonuzdur. Bu zaman sevgi dolu cəhətlərinizə yönəlin və özünüzün də bəzən səhvlərinizin olduğunu və bütün səhvlərinizə baxmayaraq sizi sevən və qəbul edən insanların olduğunu xatırlayın.
- İnsanların acı çəkdiyi zaman bunu əks etdirdiklərini bilin. Eqosu yüksək olan insanlar üçün ən pis şeylərdən biri olduqları yerdə başqa bir eqosu yüksək insanın olmasıdır. Hər nə qədər belə olsa da, bunu unutmayın, bəzən insanlar çox acı çəkdikdə və ya qorxduqda bu hisslərini eqolu görünərək hiss etdirirlər.
- Sizin üçün həyatdakı ən vacib şeylərin bir siyahısını yazın. Həyatınızda nələrin vacib olduğunu müəyyənləşdirin və bunlar üçün yaşamağa çalışın. Bir gün çox yaşlandıqda keşkə etsəydim dedikləriniz, yoxsa eqonuza görə etmədikləriniz sizi daha çox peşman edər? Bunu düşünün.
- Sahib olduqlarınız üçün şükr edin. Eqonuz daha çox sahib ola bilmədikləriniz ilə maraqlanır. Sahib olduğunuz hər şey üçün şükr edin və bunları itirməkdən qorxmaq üçün səbəb olmadığını özünüzə xatırladın.
- Sizi bir vaxtlar çox sevən birini düşünün. Gözəl xatirələri xatırlamaq sevgi dolu olmağınız üçün yaxşı bir üsuldur. Sizi bir vaxtlar çox sevən birini düşünərək sevgi ilə əlaqə qura bilərsiniz.
- Sizdən daha çətin vəziyyətdə olan birinə kömək edin. Başqa insanlara kömək etmək sizə əslində heç kəsin bu həyatda çətinlik çəkməsinin və ya uduzmasının xoşunuza gəlmədiyini xatırladacaq, çünki sevgi dolu cəhətiniz heç kəsin uduzmasını istəməz. Əgər birimiz uduzsaq, hamımız uduzarıq.
- Birini ürəkdən qucaqlayın. Bir insanla qucaqlaşmaq insanı xoşbəxt edən bir üsuldur.
- Tanış olduğunuz insanları anlamağa çalışın. İcazə verin sizin yerinizə bəzən onlar qazansın. Mübahisə etmək yerinə, bəzən onların tərəfindən baxmağa çalışın.