Səhərlər oyanmaqda çətinlik çəkir və yataqdan çıxmaq istəmirsinizsə, içinizdə bir pessimistlik və kədər varsa, özünüzü yorğun, enerjisi tükənmiş görürsünüzsə, payız depressiyasına tutulmuş ola bilərsiniz.
Payız aylarında açıq yerləri tərk edib qapalı məkanlarda qalacağımız, günəşi az görəcəyimiz, iş yükünün və məsuliyyətlərin artacağı hissi bizi depressiv bir ruh halına salır.
Qadınlar daha depressivdir
Araşdırmalar fəsillərin insanların əhval-ruhiyyəsi üzərində təsirli olduğunu bildirir. Belə ki, payızda depressiyaya düşən insanların sayı 100-də 60 artır. Depressiyaya qadınlarda daha çox rast gəlinir. Buna bağlı olaraq payız depressiyasının da qadınlarda daha çox aşkarlandığını deyə bilərik. Xüsusilə xaraktercə pessimist, özünə inamı az olan insanlar payızda daha çox risk daşıyır.
Şəkər yoxdursa, depressiya əlamətləri də yoxdur
Mütəxəssislər qəbul etdiyimiz qidaların əhvalımız üzərində də təsirli olduğunu və ağ şəkərdən uzaq durulmasının məsləhətli olduğunu bildirirlər. Çünki ağ şəkər qan şəkərini sürətlə yüksəldib aşağı salır. Buna görə də halsızlıq, yorğunluq hisslərinə səbəb olur. Bunun yerinə şəkəri təbii meyvələrdən qəbul etmək, şirniyyat, şokolad və tortları çox yeməmək lazımdır.
Həmçinin vitamin çatışmazlığı da yorğunluq və halsızlıq hissi yaradır. Bunu aradan qaldırmaq üçün həkimlə məsləhətləşərək vitamindən istifadə etmək lazımdır.