“Yarım qalan sevgilər niyə unudulmur?

Yarım qalan sevgilər niyə unudulmur?

Zeiqarnik təsiri ilk dəfə Rus psixoloq Bluma Zeiqarnik tərəfindən kəşf edilmişdir və yarım qalmış, tamamlanmamış şeylərin daha asan xatırlana bildiyini ortaya çıxaran bir ifadədir.

Zeiqarnik təsiri tədqiqatlarında ilk olaraq offisiantlardan ilham alınıb.

1920-ci illərin ortalarında bir psixoloq qrupu Berlin universiteti restoranına gedib. Qrupun sifarişlərini tək bir ofisiant götürsə də, heç birini yazmayıb. Bu, psixoloqlardan birinin diqqətini çəkdiyi üçün ondan bütün bu sifarişləri yadında necə saxladığını soruşub. Cavabı isə sadədir. O, sifarişləri ağlına yazdığını, yeməkləri müştərilərə verdikdən sonra bu məlumatı ağlından sildiyini bildirir. Bu sözlər rus tələbə Bluma Zeiqarnikin diqqətini çəkir.

Zeiqarnik və müəllimi Kurt Levin bu mövzuyla bağlı müxtəlif işlər görürlər və gəldikləri nəticə bitirilməmiş işlərin beyni məşğul etməyə davam etdiyini bildirir. Halbuki iş bitdikdə zehin məşğuliyyətdən xilas olur və məlumatları asanlıqla silir.

Zeiqarnik bu mövzuyla bağlı müxtəlif təcrübələr keçirir. Nəticədə yeni bir işə daha rahat keçilməsi üçün yarım buraxılan işin tamamlanmasıyla bağlı zehnin təzyiq göstərdiyi məlum olur. Yəni zehnin şüuraltı işləyən hissəsi şüurlu işləyən hissəyə yarım qalan işin bitirilməsi mövzusunda təzyiq göstərir. Əks təqdirdə sonrakı işlər bundan neqativ şəkildə təsirlənir.

Yəni Zeiqarnik təsiri yarım qaldığını düşündüyümüz və ya həqiqətən yarım qalan məhəbbətimizi niyə heç cür unuda bilmədiyimizi də açıqlayır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!