“Çiyinlərimizi bükmək əhvalımıza mənfi təsir edir

Çiyinlərimizi bükmək əhvalımıza mənfi təsir edir

Kompüter və smartfonlardan istifadə edərkən özümüz də fərqində olmadan səhv dururuq və araşdırmalara əsasən bu, əhvalımıza mənfi təsir göstərir.

Artıq çoxumuz texnologiyadan asılılıq səbəbiylə hərəkətsiz həyat tərzinə keçmişik. Bu, bizə düzgün və dik durmağı artıq unutdurub. Bəs dik durmaq niyə vacibdir? Çünki hər dəfə önə əyilmiş şəkildə durduqda onurğamıza və boynumuza öz ağırlığımızı veririk. Başımızın daim bu şəkil önə əyilmiş vəziyyətdə durması xroniki boyun və əzələ ağrılarına, qollarda və əllərdə uyuşmalara, yanlış nəfəs alıb-verməyə səbəb olur. Bütün bunlarla yanaşı, önə əyilmiş şəkildə uzun müddət durmaq bizə təkcə fiziki yox, psixoloji olaraq da pis təsir edir.

Depressiya duruşa təsir edir

Harvard universitetindən Professor Amy Cuddy TED çıxışında texnologiya asılılığının nəticəsində yaranmış duruş haqqında vacib məlumatlar bölüşüb.

Onun sözlərinə görə duruşumuz beyin sağlamlığımıza təsir etməklə yanaşı, stress səviyyəmiz, hisslərimiz, əhvalımız, yaddaşımız, hətta hərəkətlərimizə təsir edir. 2010-cu ildə Braziliyada major depressiya xəstəsi olan insanların duruşları üzərində araşdırma aparılmışdır. 10 həftə ərzində 34 depressiya xəstəsi və 37 sağlam könüllünün duruşları müşahidə olunmuşdur. Araşdırmaçılar depressiyada olan dəyişikliklərlə birlikdə insanların duruşlarını dəyişdirdiyini, depressiya halları artdıqca insanların get-gedə önə doğru əyildiyini görmüşdür.

Duruşumuzu necə düzəldə bilərik?

Duruşumuzu düzəltmək üçün müxtəlif məşqlər var. Bunları davamlı şəkildə etmək, gün ərzində kompüter arxasında oturarkən duruşumuza diqqət etmək kömək edə bilər. Oturaq şəkildə edə biləcəyiniz asan idman hərəkətlərini və düzgün duruş məşqlərini edərək duruşunuzu düzəldə və əhvalınızı daha müsbət yöndə dəyişdirə bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!