“Dunning-Kruger sindromu nədir?

Dunning-Kruger sindromu nədir?

Dunning-Kruger sindromu Cornell Universitetinin iki psixoloqu Justin Kruger və David Dunningin aşkarladığı bir haldır.

Cornell Universitetində çalışan psixoloqlar Justin Kruger və David Dunningin tarixə keçməsinə və 2000-ci ildə Nobel mükafatı almasına səbəb olan diaqnoz “Cahil cəsarəti” olaraq izah olunur. Nəzəriyyələrinin qısaca məzmunu belədir: “Cahillik həqiqi biliyin əksinə, fərdin özünə olan inamını artırır.”

Araşdırmalar zamanı bu nəticələr əldə olunmuşdur:

- Ləyaqətsiz insanlar nə dərəcədə ləyaqətsiz olduqlarını hiss etməzlər.

- Ləyaqətsiz insanlar bacarıqlarını şişirtməyə meyillidirlər.

- Ləyaqətsiz insanlar həqiqətən ləyaqətli olan insanların bacarıqlarını görüb anlamaqdan acizdirlər.

- Bilikləri təhsillə artırılarsa, həmin insanlar bacarıqsızlıqlarının fərqinə varmağa başlayarlar.

Cornell Universitetindəki tələbələr arasında bir test aparıldı və klassik “İmtahan necə keçdi?” sualına tələbələrdən cavablar alındı.

Sualların 100-də onuna belə cavab verə bilməyənlərin özlərinə inamları dəhşətli idi. Onların testin 100-də 60-na düzgün cavab verdiklərini düşündükləri, hətta bəxtləri gətirsə, 100-də 70-ə belə çata biləcəklərinə inandıqları ortaya çıxdı.

Sualların 100-də 90-dan çoxuna doğru cavab verənlər isə ən təvazökar iştirakçılar idi. Onlar sualların 100-də 70-nə düzgün cavab verdiklərini düşünürdülər.

Bütün bu nəticələr toplandı və Dunning-Kruger Sindromunun mətni yazıldı:

“İşində çox yaxşı olduğuna ürəkdən inanan az məhsuldar insan özünü və etdiklərini öyməkdən, hər işdə önə çıxmaqdan və əslində görə bilməyəcəyi işlərə namizəd olmaqdan heç bir narahatlıq keçirməz. Əksinə, hər şeyin onun haqqı olduğunu düşünər!

Ancaq bu “cahillik və həddini bilməmək” birləşməsi iş fəaliyyəti baxımından böyük bir itələyici güc yaradır. Mənfilər karyera baxımından müsbətə çevrilir. Nəticədə ləyaqətsiz insanlar hər zaman və hər yerdə daha sürətlə yüksəlirlər.

Bu müddətdə həqiqətən məlumatlı və bacarıqlı insanlar iş həyatında özlərini həddindən artıq təvazökar apararaq önə çıxmaz, yüksək vəzifələrə özləri namizədlik irəli sürməz, qiymətlərinin bilinməsini gözləyərlər. Təbii ki, gözləyərkən inciyib, özlərini daha da geriyə çəkərlər. Böyük ehtimalla da həvəssizlik ilə günahlandırılarlar.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!