“Bağışlamamağın bu zərərlərinə inanmayacaqsınız

Bağışlamamağın bu zərərlərinə inanmayacaqsınız

İnsan həyatı boyu, uşaqlıqdan etibarən yaşadığı hər şeyi toplayır, şüurlu və ya şüursuz olaraq. Çünki zehnin böyük bir toplama tutumu vardır. Zehin insanı əhatələyən böyük bir enerji sahəsidir və bu sahənin içində olduqca geniş bir yaddaş hissəsi  vardır. Bu yaddaşa insan bu dünyaya gəldiyi andan etibarən hər şeyi qeyd edir. Zehin bu cür yaradılıb. Yəni insanın bu həyatda qeyd olunmayan heç bir hərəkəti, sözü, düşüncəsi, hissi ola bilməz. Deməli heç bir hiss, düşüncə və ya hərəkət yeni, sıfırdan deyil. Yəni hər zaman yeni kimi görünən bir şeyin altında köhnə olanın təsiri var. Yenilər köhnələrin zəminində oturur. Nəticə olaraq sadə insan keçmişindən müstəqil yaşaya bilməz, hiss edə bilməz, düşünə bilməz. Bu, insanı keçmişinə bağlayar və keçmişi silmək deyə bir şey də mümkün deyildir. Keçmişin xatirələri hər zaman sadə insanın həyatında baş roldadır. Bunun fərqinə varıb-varmamasından asılı olmayaraq insan sistemi belə işləyir.

İnsan keçmişdə özünə zərər verən bir insanı, bir hadisəni, bir yeri və s. bağışlamayaraq o enerjini orada dondurur və bir divar halına gətirir. Bağışlamadığı müddətcə o divar orada olduqca güclü bir şəkilə dayanaraq keçmişdə yaşadığı acı ilə arasına sədd çəkir. Beləcə, fərd özünü bir növ bağışlamama divarı ilə üzüntülərə qarşı toxunulmaz saxlayır.

Misal üçün sevgiliniz sizə xəyanət etdi və bunu öyrəndiniz. Beləcə, çox üzüntü hiss etdiniz. Buna görə də bir də o acını yaşamaq istəməzsiniz. Nə edəcəksiniz, sevgiliniz olan o insanı və sizə xəyanət etməsini bağışlamayacaqsınız. Beləcə, xəyanət və xəyanət edən insan ilə aranıza divar hörmüş olursunuz. Bir müddət sonra gələcəyə doğru yola çıxırsınız, amma artıq bağışlamama divarınız var. Bu dəfə potensial sevgili ola biləcək hər hansı bir insan həyatınıza girdiyi zaman bağışlamama divarı dərhal aranızda ortaya çıxacaq. Çünki sizin üçün potensial sevgili potensial xəyanətkar deməkdir. Buna görə də hördüyünüz divar potensial sevgili ilə köhnə sevgilinizlə olduğunuz qədər yaxınlaşmağınıza imkan verməyəcək. Həmin insan sizə xəyanət etsə belə, özünüzü o qədər də xəyanətə uğramış hiss etməyəcəksiniz. Çünki heç vaxt ona qarşı o qədər də yaxın olmadınız. Hətta aldadıldığınızı öyrəndiniz, ancaq soyuqqanlı bir şəkildə bunun öhdəsindən gəldiniz.

Amma bu hadisədə də az da olsa üzülmüş ola bilərsiniz. Bu zaman əvvəlki divarın yanına ikinci bir divar hörüləcək ki, daha etibarlı və qalın olsun. Onu da bağışlamayacaqsınız və növbəti dəfə insanlara bundan da az etibar edəcəksiniz. Bu, isə zamanla sizin insanlardan soyuyub uzaqlaşmağınıza, heç kəsə etibar etməməyinizə səbəb olacaq. Əslində hördüyünüz hər divar həyatla aranıza çəkdiyiniz bir səddir. Fani insan beləcə həyat ilə arasında daim divarlar hörür, özünü qalın divarların içinə həbs edir. İçəridə təhlükəsizdir, amma artıq azadlığını da itirmişdir. 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!