“Saçları hər gün yumaqla bağlı mütəxəssis fikirləri

Saçları hər gün yumaqla bağlı mütəxəssis fikirləri

Saçları hər gün yumaq saçları köhnəldirmi? Şampunlar saç dərisinə zərər verirmi?
Bir marketə daxil olduğunuz zaman hər büdcəyə uyğun fərqli xüsusiyyətlərdə şampunlar tapmaq mümkündür. Xüsusilə 80-ci illərdən sonra sürətlə artan istehlak dəliliyindən, reklamların və fərqli mütəxəssislərin məsləhətlərindən də təsirlənərək "sağlam saçlara sahib olmaq üçün şampun" istifadəsinin çox artdığı bir dövrə qədəm qoyduq. Modern cəmiyyətlərdə iş həyatı az qalsın saçların hər gün yuyulmasını da gərəkli hala gətirdi.

Bütün bunların əksinə bir tərəfdən də təbii olana yönəlməyə çalışdıq. Kosmetikanın bədənimizə zərər verəcək kimyəvi maddələrlə zəngin olması, hər gün çimməyin dünyada su israfı yaratdığı kimi bir çox fikirlər ortaya atıldı. Bir digər dəbdə olan mövzu isə saçları hər gün şampunla yumağın doğru olub olmamasıdır. Bununla əlaqəli olaraq şampunsuz saç necə təmizlənir sualı da gündəmə gəldi. Beləliklə də “quru şampunlar” yarandı.

Bəs bu iddiaların qaynağı nədir? Saçları hər gün yumaq olarmı?
Saçların hər gün yuyulması mövzusunda mütəxəssis fikirləri müxtəliflik göstərir. Birinci qrup saçların hər gün yuyulmasının doğru olmadığını deyir və bunun səbəbini kimyəvi maddələrin saçlar üçün çox faydalı hesab olunan maddələri yox etdiyini, baş dərisini qurudaraq dəri həssaslığı və kəpək problemi yaratdığını bildirir. Saçları günaşırı, hətta 2 gündə bir yumağın doğru olduğunu bildirən mütəxəssislər sadəcə çox nəmli bir iqlimdə yaşayırsınızsa və çox incə saçlarınız varsa saçlarınızı hər gün yuya biləcəyinizi deyirlər.

İkinci qrup mütəxəssislər isə saçın mütləq hər gün yuyulmalı olduğunu deyirlər. Onların fikrincə sağlam saç dərisi ilə sağlam saç kökləri bir-biri ilə əlaqəlidir. Bu qrupdan olan mütəxəssislərin fikrincə saçların daha tez uzanması üçün saçları yumaq çox önəmlidir.
Qərar sizindir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar