“Abortun riskləri və zərərləri nələrdir?

Abortun riskləri və zərərləri nələrdir?

Abort hər nə qədər az riskli bir əməliyyat olsa da, hər əməliyyatda olduğu kimi burada da risklər var. Kiçik abortlarda 1000 qadından 1-i yan təsirlərə məruz qalır. Böyük abortlarda isə 100 qadından 2-si təhlükə ilə üzləşir. Abortun riskləri aşağıdakılardır:

Parça qalması
Nadir olmaqla birlikdə, bəzi xəstələrdə hamiləlik tam olaraq alınmaya bilər. Bu isə müəyyən müddət sonra çox miqdarda kəsilməyən qanama və infeksiya ilə özünü bəlli edər. Bu təhlükə əsasən 5 həftədən kiçik və ya 10 həftədən böyük hamiləlikdə özünü göstərir. Parça qaldığı təqdirdə yenidən əməliyyata girmək lazım gəlir.

İnfeksiya
Uşaqlıq yolu və ya rəhmin ağzındakı bakteriyalar abortdan sonra uşaqlığa keçərsə, infeksiya yarada bilər. İnfeksiya əsasən özünü 5-6 gündən sonra bəlli edir və əgər daha da inkişaf edərsə, borulara qədər yayılıb, onların tıxanmasına səbəb ola bilər. Boruların tıxanması isə sonsuzluq əlamətidir.

Qanama
Abortdan sonra bir miqdar qanamanın olması normaldır. Qanama nadir hallarda qan veriləcək qədər şiddətli olur. Xüsusilə irəliləyən həftələrdə olan abort zamanı çoxlu miqdarda qan itirmə riski var. Əgər xəstə çox qan itirərsə, şoka girə bilər.

Uşaqlığın içində qan yığılması
Hematometra olaraq da adlandırılır və olduqca nadir olaraq qarşılaşılan bir vəziyyətdir. Əməliyyatdan sonra uşaqlığın ağzı sıx bağlanır və qan içində qalır. Çox ağrılı durumdur. Uşaqlığın ağzı incə açılaraq problem həll olunur.

Abortun olmaması
Çox kiçik hamiləliklərdə bəzən abort gerçəkləşməyə bilir və hamiləlik davam edir. Bu, əsasən 5 həftədən kiçik hamiləliklərdə baş verir. Ona görə də abortun 5 və ya 6-cı həftədə edilməsi məsləhət görülür.

Yapışqanlıq, “Asherman” sindromu
Digər bir risk isə aborta bağlı olaraq inkişaf edən “Asherman” sindromu adı verilən vəziyyədir. Burada rəhmin iç divarlarında yapışqanlıqlar, mensturasiya qanamasına azalma və sonsuzluq yaranır. Səbəbi isə metal kürələr ilə uşaqlığın lazımından çox qazılmasıdır.

Abortdan sonra mensturasiya gecikməsi
Abortdan sonra ilk mentruyasiya ümumi olaraq 4 həftə sonra əmələ gəlir. Abortun edildiyi gün mentruyasiyanın ilk günü kimi olaraq qəbul edilir və dövrlər bu gündən hesablanır. Nadir hallarda bu müddət 50-60 günə qədər uzana bilər. Əgər gözlədiyiniz gündə mensturasiya başlamasa, ginekoloqa müraciət etmək lazımdır. Əgər mensturasiyanın gecikməsi “Asherman” sindromu, hamiləliyin davamı kimi səbəblər deyilsə, həkim dərman yazaraq qanamanın başlamasını məsləhət görəcəkdir.

Abortdan sonra depressiya
Bəzi qadınlarda, xüsusilə, istənilən bir hamiləlikdən sonra gerçəkləşən abort ciddi depressiyaya səbəb ola bilər. Əgər bu hal uzun müddət davam edərsə, psixoloqdan kömək almaq lazımdır.

Narkoz riskləri
Lokal narkoz ilə edilən əməliyyatda uşaqlığın ağzı xüsusi alətin köməyi ilə tutulduğu zaman ani hiss edilən ağrı səbəbi ilə təzyiqin düşməsi və bayılma ola bilər. Bundan sonra isə hiss edilən çəkilmə ilə ürək bulantısı və qusma ilə qarşılaşmaq mümkündür. Ümumi narkoz isə xəstənin yaşı, ümumi sağlamlıq vəziyyəti, allergiya kimi faktorlara bağlı olaraq risk daşıya bilər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!