Cəfəri özbaşına da sağlamlığımız üçün çox faydalıdır. Lakin cəfərinin suyunu içdiyimizdə bir dəfəyə daha çox cəfəri qəbul etdiyimiz üçün daha çox faydası olmuş olur. Eyni zamanda maye olaraq qəbul etdiyiniz üçün bədənə olan təsirini gücləndirmiş olursunuz.
Faydaları nələrdir?
İmmuniteti gücləndirir.
Həddindən artıq təsirlərə məzur qalmış immuniteti, allergiyaları, xronik iltihablı xəstəliklərə qarşı müdafiəni gücləndirir. Tərkibindəki yüksək flavonoid dəyəri ilə xərçəngə qarşı da mübarizə apara bilir.
Pis qoxulu nəfəsi aradan qaldırır.
Cəfəri suyu, pis qoxulu nəfəsə qarşı xlorofil baxımındən zəngindir. Bu səbəblə də cəfərini yeməklərinizdən əskik etməməlisiniz.
Bədəndəki duzu xaric edir.
Cəfəri, qan təzyiqini endirmək və toksinləri bədəndən atmaq üçün təbii qida maddəsidir. Cəfəri suyunu içdiyiniz təqdirdə bədəninizdəki artıq duz idrar yolu ilə bədəndən atılmış olur. Eyni zamanda bu suyu içən zaman bədəninizdə hər hansısa bir ödəm əmələ gəlmə ehtimalı olmur.
Qanı təmizləyir.
Cəfəridəki xlorofil, bədəndəki qırmızı qan hüceyrələrini yaratmağa və qanı təmizləməyə kömək edir. Eyni zamanda ürəyi gücləndirən, faydalı flavonoidlərə sahibdir.
Qazı və qəbzliyi azaldır.
Köpmə, qaz və qəbzlikdən şikayətçisinizsə, cəfəri suyu tam sizə görədir. Cəfəri suyu, illər boyu kolik, həzmsizlik, qəbzlik və bağırsaqdakı qaz üçün ənənəvi dərman olaraq istifadə edilmişdir.
Kalsium qaynağıdır.
Gündə bir stəkan içilən cəfəri suyu sümük sağlamlığını yaxşılaşdırmağa kömək edir. Sümük matriks proteinlərini gücləndirir.
İdrar yolu infeksiyalarının qarşısını alır.
Cəfəri suyu idrar yollarında əmələ gələn pis bakteriyaları təmizləməyə kömək edir. Eyni zamanda çox təsirli bir antibakterialdır.
Böyrəkləri təmizləyir
Cəfəri suyu sidiyi udaraq böyrəkləri təmizləməyə kömək edir.
Həzmsizliyi aradan qaldırır
Cəfəri suyu yüksək C vitamini və follik turşu sayəsində narahat edici həzmsizliyə kömək edir.
Anemiyanı əngəlləyir
Cəfəri ispanaqda olan dəmir miqdarının 2 qatına sahibdir. Dəmir, qırmızı qan hüceyrələrində oksigen daşıyan maddə olub, dəmiz əskikliyi anemiyasının qarşısını almağa kömək edir. Sadəcə 1 stəkan cəfəri 3.7 mq dəmir, ya da gündəlik dəmir ehtiyacımızın 21%-ini təşkil edir.
Xərçənglə mübarizə aparır
Tərkibindəki follik turşu sayəsində uyğun hüceyrə bölünməsi üçün lazım olan bir qida maddəsidir. Və bu səbəblə hüceyrələrin sürətlə bölünməsini təmin edən, kolon və serviks xərçənginin qarşısını almaq üçün önəmlidir.
Saç tökülməsini azaldır.
Saç tökülməsi ümumiyyətlə lazım olan qida maddələrinin əskikliyi səbəbi ilə yaranır. Bununla birlikdə cəfəri, saç tökülməsinə və ya zəif saça səbəb olan gizli qida əskikliyinə xitab edən çoxlu faydalı maddəyə sahibdir.
Necə hazırlanır?
Cəfəri suyu hazırlamaq üçün yarım dəstə cəfərini sapları ilə birlikdə arıtlayın və yuyun. Saralmış olmamağına diqqət etməyiniz, yəni təzə olması önəmlidir. Ucları qəhvəyi rəngdə olan sapları kəsin. Daha sonra blendora əlavə edib qıyın. Üzərinə limon və 1 stəkan su əlabvə edərək yenidən qarışdırın. Arıqlamaq istəyənlər üçün əla detoksdur. Nuş olsun!
Həmçinin bax: Kök suyunun faydaları
Buradan android tətbiqimizi endirə bilərsiniz.