“Əsrin xəstəliyi Koronaviruslar haqqında - Covid19 Coronavirus

Əsrin xəstəliyi Koronaviruslar haqqında - Covid19 Coronavirus

Koronoviruslar normalda qorxulu olmayan adi qrip zamanı insanı yoluxduran bir viruslardır. Simptomları hamıya bəlli olan bir xəstəliklərdir. Son zamanlar koronovirusların yeni ştamları MERS-CoV, SARA-Cov və 2019-nCoV əmələ gəlmişdir. Bunlar daha ağır simtomlara səbəb olmaqdadırlar. Bunlardan MERS və Vuhan 2019 koronovirusları daha ciddi yuxarı tənəffüs yolları çatışmazlığına səbəb olmaqdadırlar. 
 
Koronoviruslar indilərdə insanlar arasında daha çox tanınsa da elmə 1960-cı illərdən məlumdur. Sadəcə son zamanlara qədər ağır formaları yox idi.  Koronovirusları 2 hissəyə bölərək birinə adi koronoviruslar, digərini təhlükəli koronoviruslar adlandırıb davam edək. Adi koronoviruslarda burun axması, arada tempratur, bəzi hallarda badamcıqların böyüməsi müşahidə olunursa, təhlükəli koronoviruslarda burun axması olmaya bilər, bəzən az-az ola bilər. Badamcıqlar böyüyür, nəfəs almaq çətinləşir, bəzən xırıltılı və olduqca çətin nəfəs alma prosesi baş verir. Yüksək temperatur ilə müşayət olunur.
 
Hal-hazırda bizi maraqlandıran Vuhan virusunun  (hazırda bu virus yayılmaqdadır) bir insanda aşkar edilməsidir. Həmin insanın 27 gün digər insanların girə bilməyəcəyi xüsusi otaqlarda (bokslarda ) saxlanılması lazımdır ki, xəstəlik daha da çox yayılmasın. Daha sonra vuhan virusuna tutulan insanların hamısı ölürmü? - xeyr, ölmür. Kimlərdə ölüm halları baş verir. Deməli, ölüm halları yaşlılarda və uşaqlarda daha çox qeydə alınmaqdadır. Ölüm halı isə cəmi 3 faizdir. Yəni, hər 100 adamın bu xəstəliyə tutulması 3 adamın ölümü ilə nəticələnir. Ümumiyyətlə, dünyada ildə 650 min insan qripdən ölür. Amma bu, o qədər də panika yaratmasa da, cəmi 2000 adamın ölümü bütün dünyanı silkələyir. Deməli, dünyanı silkələmək istəyənlərin o qədər qüvvətləri var ki, onlar bunu bacara bilirlər.
 
Birazdan havalar isinəcək, havanın istiləşməsi bu virusların məhv olması deməkdir. Belə ki, əgər hava 25-27 dərəcə istilikdə olarsa, ətrafımızda nə qədər koronovirus varsa, hamısı öləcəkdir. Günəş görən kimi istər xəstə olsun, istər sağlam, hamınız günəş altında durun. Koronovirusların ən böyük düşməni günəşdir. Bol su için, su bədəndə virusların sıx yayılmasının qarşısını alır. Qorunmaq üçün yaxşı üsullardan biri də burun maskalarıdır. Koronoviruslar viruslar içərisində ən böyük viruslardan olduqlarından adi burun maskaları bu virusları rahaca saxlaya bilirlər. Evə gələn kimi əllərinizi sabunla yuyun. Ümumiyyətlə, gün ərzində 5-6 dəfə əllərinizi sabunla yumağa vərdiş edin, sabun ələ bulaşmış virusların hamısını təmizləyir.
 
Əgər immunitet yüksək səviyyədə olarsa, koronoviruslar və başqa viruslar insana öldürücü təsir edə bilməzlər. İmmuniteti yüksəltmək üçün bu məcundan istifadə edə bilərsiniz. 
Zəncəfil kökü tozu – 40 qram
Ud hindi kökü tozu - 100 qram
Qarazirə toxumu tozu - 100 qram 
Bal - 1 kq 
 
Bitkilər quru toz formasında bal ilə qarışdırılır, gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı yeyilir. Xatırladım ki, məcundan bədən zəifliyində, zəif immunitetdə, xroniki bronxitlərdə də istidadə edə bilərsiniz.
 
Profilaktik məqsədlə maska tapmasanız və ya istifadə etməsəniz, onda hər gün burun dəliklərinə 3- 4 damcı ud hindinin zeytun yağında olan məhlulunu tökün, həm də burun ətrafına çəkin. Ud hindi yağı virus əleyhinə təsir göstərir. 
 
 

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!