“5 addımda boyun ağrılarınızdan qurtulun!

5 addımda boyun ağrılarınızdan qurtulun!

Həyatımızın bir çox sahəsinə təsir edən boyun ağrılarından qurtulmaq üçün bu 5 şeyə diqqət edin.

Uzun müddət masa arxasında oturmaq.

Boyun ağrısından şikayətiniz varsa, ağrıya rəğmən düzgün hərəkət etməyə çalışın. Əgər kompüter qarşısında oturmağınızı tələb edən işiniz varsa, 2 saatdan bir fasilə verərək istirahət edin. Bunlar kürək və boyun əzələlərinizi rahatlaşdıraraq boyun ağrınızı azaldacaq.

Keyfiyyətli yuxu önəmlidir!

Yatarkən seçdiyiniz pozisiya da boyun ağrılarınıza səbəb ola bilər. Düzgün yatmaq onurğanızın rahatlaşmağına kömək olur. Bu səbəblə, boynunuz üçün yastıq seçimi də çox önəmlidir. Kürək və boynu ideal şəkildə rahatlaşdıran xüsusi yastıqlar, ağrılarınızı yox etmək üçün ən yaxşı alternativdir.

Oturmağınıza diqqət edin!

Boyun ağrınızın qarşısını almaq istəyirsinizsə, təkcə yatmaq deyil, eyni zamanda oturma şəklinizə də diqqət etməlisiniz. Kompüter qarşısında oturmaq qaydalarına riayət etsəniz, boyun ağrılarınızdan qurtulacaqsınız.

Boyun ağrılarının bir nömrəli köməkçisi – isti!

İsti, boyun və kürək problemlərini olduqca rahatlaşdırır. Lakin ağrı iltihablaşmaqdan qaynaqlanırsa, isti tamamilə əksinə təsir göstərə bilər. İsti su torbası ilə etdiyiniz kompres gərginliyinizi azaldır və hərəkət qabiliyyətinizi artırır. Boynunuzu qış fəslində soyuq hava axınlarından qorumaq üçün mütləq şərf taxın.

Stressdən uzaq durun.

Xroniki stress, boyun və kürək ağrısının ən çox qarşılaşılan səbəblərindən biridir. Xüsusilə stress, çiyin və kürək bölgəsində gedərək artan narahatlıqlara səbəb ola bilər. Buna görə də, aktiv stressinizi azaltmaq üçün müalicə, psixoterapiya və hobbi kimi fəaliyyətlərdən faydalanın.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!