“Xurmanın faydaları!

Xurmanın faydaları!

Əsasən Ramazan ayında yeyilən xurmanın sağlamlıq üçün bir çox faydası vardır. Bu səbəblə sadəcə Ramazanda deyil, həmişə tükətməli olduğumuz qidalardan biridir. Bəs xurmanın sağlamlığımız üçün hansı faydaları vardır?

Həzmi asanlaşdırır.
Xurma bol lif qaynağıdır. Belə ki, 100 qramı 3.5 qram lif vardır. Bu sayədə mədədə süngər kimi şişib yer tutur və uzun müddət tox hiss etməyimizə səbəb olur. Yüksək lif eyni zamanda bağırsaqları çalışdırır və qəbzliyin qarşısını alır.

Cildi gəncləşdirir.
Antioksidantla zəngin olan xurma, hüceyrələrin yenilənməsinə fayda göstərir. Yenilənən dəri isə cildin daha gənc görünməsini təmin edir. Cild elastik formasını itirdiyində yanaqlarda çökmələr artır və dərin üz çizgiləri əmələ gəlir. Xurma isə cildin ehtiyacı olan nəmi verir və beləliklə, cild daha elastik bir formasa sahib olur. Tərkibindəki V vitamini sayəsində cilddə əmələ gələn yaralın da daha sürətli sağalmasına kömək edir.

Əzələ ağrılarının qarşısını alır.
Maqnezium əskikliyi ilə tez-tez rast gəlinən əzələ ağrıları üçün xurmadan istifadə edə bilərsiniz. Tərkibindəki maqnezium sayəsində əzələləri gücləndirir, protein sintezinin daha sağlıqlı çalışmasını təminedir. Gündə 2-3 ədəd xurma yemək maqnezium ehtiyacını qarşılaya bilir.

Kilo kontrolunu dəstəkləyir.
Yüksək lif tərkibi ilə mədədə uzun müddət qalaraq həzmin yavaş olmasını təmin edir. Beləliklə, toxluq müddəti də uzanır və daha az qida yeməyinizə səbəb olur. Dəmir çatışmazlığı olan insanlar kilo verməkdə güclük yaşayır. Xurma tərkibindəki yüksək dəmir miqdarı ilə dəmir ehtiyacınızı da qarşılayır. Ancaq unutmamaq lazımdır ki, bir ədəd xurmanın tərkibində ortalama 20 kalori var, buna görə də sayına diqqət etməlisiniz.

Ürək sağlamlığını qoruyur.
Ürək dostu qidaların başında yer alan xurma, tərkibindəki zəngin kalium mineralı sayəsində qan təzyiqini sabitləyir və ürək ritmini qaydasına salır. Tərkibində xolesterol olmadığına görə güclü bir antioksidant olması sayəsində ürəyi zərərli bakteriyalardan qoruyaraq, damar tıxanmasının qarşısını alır.

Stress və gərginliyi azaldır.
Tərkibindəki B1 vitamini ilə sinir sisteminin sağlıqlı olmasını asanlaşdırır.

Qansızlığın qarşısını alır.
Yuxarıda da qeyd etdiyimiz kimi xurma, tərkibində bol dəmir daşıyır. Dəmir əskikliyi anemiyası olan insanlardakı hemoqlobin sintezini artırır. Bu təsiri sayəsində qansızlıq riskini azaldır. Eyni zamanda B2 və B3 vitamini də qırmızı qan hüceyrələrinin sayını artırır.

Gündə 3 ədəd yetərlidir.
Xurma tərkibindəki şəkər miqdarının çox olması ilə, kalorinin artmasına səbəb olur. Eyni zamanda şəkər və insulini olanlar üçün də təhlüklə yarada bilər. Bu səbəblə gün ərzində 3 ədəd yeməyiniz tövsiyyə olunur. Xurma həmçinin enerji verir, sümükləri gücləndirir və immuniteti artırır.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!