“Stress sağlamlığımıza hansı ziyanlar vurur?

Stress sağlamlığımıza hansı ziyanlar vurur?

Əgər yaşadığımız bəzi halların sadəcə stresdən qaynaqlandığını bilsəydik, stress keçirməyə yenə də davam edərdik? Həyatınızdakı bir çox problemin səbəbi stresdir. Qarşınızda stressin səbəb olduğu problemlər.

Dəri xəstəlikləri
Əsasən psixolojik stressin səbəbi olduğu ən böyük problemlərdən biri dəri xəstəlikləridir. Sızanaq, sədəf və digər dəri xəstəliklərinin ən başlıca və birbaşa səbəbi stresdir.

Kilo problemləri
Diyetlər və ya fiziki məşqlərlə kilolarınızı tarazlaya bilmirsinizsə, bunun səbəbi stresdir. Əmələ gələn stresli vəziyyətlər tez-tez kortizon hormonu ifrazına səbəb olur. Kortizon hormonu yağ və karbonhidratların metabolizmamızda tarazlaşmasına və qandakı şəkər səviyyəsinin dəstəklənməsinə kömək edir. Əgər bir insanda bu hormon çox miqdarda varsa, insan daha çox yemək yeyər və bədən daha az kalori yandırar. Bu vəziyyət isə sizin kökəlməyinizə səbəb olar.

Qeyd etmək lazımdır ki, stress bəzi insanlarda kilo itirməyə səbəb ola bilir. Bunun səbəbi streslə birlikdə ifraz olunan adrenalindir. Adrenalin metabolizmanı sürətləndirir, lakin yağların atılmasını yavaşladır.

Tez-tez əmələ gələn soyuqdəymə
Daha əvvəl qeyd etdiyimiz kimi stress, iltihabın qarşısını ala bilən kortizon hormonunun ifrazına səbəb olur. Bununla birlikdə, insan xroniki stress yaşayırsa, bu zaman immunitet zəifləyir və infeksiya qapmaq daha rahat hala gəlir.

Əgər tez-tez xəstələnirsinizsə, stressi həyatınızdan çıxarın.

Həzm sistemində problemlər
Stressin həzm sisteminə olan təsiri təcrübələrlə sübuta yetirilmişdir. Bəzi hallarda abdominal distansiya və mədə ağrısı dərmanları kömək etmir, belə hallarda psixoloqa müraciət etmək ağrılarınızı azaldacaqdır.

Diqqət problemləri
Uzun müddət stress altında yaşayan insanlar bir şeyə fokuslanmaqda çox çətinlik çəkirlər. Hər zamankından daha az fokuslandığınızı hiss edirsinizsə, bir az istirahətə və stressiz bir həyata özünüzü hazırlayın.

Saç tökülməsi
Alimlər qeyd edir ki, stress sizi qismən və ya tamamilə keçəl edə bilər. Saçlarınızın əvvəlkindən daha az olduğunu hiss edirsinizsə və vitaminlər təsir etmirsə, saçlarınızın tökülməsi birbaşa stresslə əlaqəli ola bilər. Gözəl saçlarınızı qorumaq isrəyirsinizsə, əsəbləşməyi buraxmalı, sizi əsəbləşdirən streesə salan şeylərdən uzaq durmalısınız.

Baş ağrısı
Baş ağrısı bir çox səbəbdən yarana bilər. Ostrexodroz, yuxu zamanı yanlış pozisiya, aşağı və ya yuxarı təzyiq, sinuzit və hamiləlik kimi bir çox faktor baş ağrısına səbəb ola bilər. Lakin baş ağrısı bəzən işinizdə və ya evdə yaşadığınız duyğusal stress səbəbi ilə də ortaya çıxa bilər.

Dərman qəbul etmək kömək edə bilər, lakin stresli həyatınızı düzəltməsəniz, hər zaman dərman ataraq qaraciyərinizi də məhv edə bilərsiniz.

Düşük libido
Duyğusal olaraq tək və stressə məruz qalmış insanın libido səviyyəsi olduqca aşağı olur. Alimlərə görə partnyorunuzla uzun müddət cinsi əlaqədə olmamısınızsa və səbəb stresdirsə, bu vəziyyət getdikcə daha da pisləşəcəkdir. Partnyorunuzla birlikdə tətilə çıxmaq vəziyyəti düzəldə bilər.

Yuxu problemləri
Stress yuxu ilə əlaqəli bir çox ciddi problemlərin səbəbi ola bilər. Uzun müddət stress altında qalan insanlarda yuxu problemləri baş qaldırır. Çünki bir insan yaxşı bir yuxu olmadan normal həyat yaşaya və ondan zövq ala bilməz. Bəlkə də bir həkimə görünməyin vaxtıdır, problemlər daha da qabarmadan onları aradan qaldırın.

Ürək xəstəlikləri
Ürəyimiz hər zaman yaxşı və pis günümüzdə yanımızdadır. Stress ürək üzərində çox pis təsirə sahibdir. Alimlər xroniki stressin ürək xəstəliklərinə ən çox səbəb olan faktorlardan biri olduğunu sübut etdi. Çətin şəraitlərdə çalışmaq, çalışmağı istəməmək, kasıblı1 və yoxsulluq içində yaşamaq, ailədəki problemlər vəziyyətinizi daha da pisləşdirə bilər.

Sizə faydalı ola biləcək digər məqalələrimiz:
Sağlamlığınız üçün günə gülərək başlayın

Zamanın idarə edilməsini unudun və stressin idarə edilməsinə diqqət yetirin

Əsəbləri sakitləşdirməyin yolları 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!