“Öpüşməyin faydaları!

Öpüşməyin faydaları!

Sevgimizi və yaxınlığımızı hiss etdirməyin ən gözəl və ən asan yolu olan öpüşmək, insan sağlamlığı üçün olduqca faydalıdır. Qarşınızda öpüşməyin 10 faydası!

1. Hər səhər yoldaşını öpərək yola salan insanlar digərlərinə nisbətən 5 il daha çox yaşayır.

2. Öpüşmək və öpmək öz güvən üçün vaz keçilməz bir yoldur. Özünüzü xoşbəxt və hüzurlu hiss etmək üçün sadəcə öpüşmək kifayət edir.

3. Öpüşmək kalori yandırmağa kömək edir. Hər dəqiqədə 2-3 kalori yanır və metabolizmanın sürəti 2 dəfəyədək sürətlənir. Aparılan araşdırmalara görə gündə 3 dəfə öpüşdüyünüzdə (ən az 20 saniyə) bir gündə 200-300 qram itirmiş olacaqsınız.

4. Öpüşmək bədəndəki bütün stressi alır, gərginliyi azaldır və özünüzü yaxşı hiss etməyinizi təmin edir. Tibbi araşdırmalara görə öpüşmək stress hormonu olan “kortisol”-un ifrazını azaldır.

5. Öpüşərkən üzünüzdə 30 fərqli əzələ işləyir. Üz əzələlərinizin elastiklik qazanması və sallanan yanaqların dərmanı öpüşməkdir. Öpüşmə nəticəsində qan axışı sürətlənir və yaşlılıq əlamətlərinin ortaya çıxmasının qarşısı alınır.

6. Öpüşmək ürək üçün də faydalıdır. Adrenalin yaratdığı üçün bədəndə daha çox qan pompalanır və bu, qan axışının sürətlənməsini təmin edir. Qan axışının sürətlənməsi hüceyrələrə daha çox oksigen getməsinə kömək olur. Tez-tez öpüşən cütlüklərdə aparılan araşdırmalar, həmin cütlüklərin ürək xəstəlikləri riskinin, xolesterol və təzyiq problemlərinin aşağı olduğunu müəyyənləşdirmişdir.

7. Sıxlıqla öpüşən cütlüklərdə mədə, sidik yolları və qan infeksiyalarının daha aşağı olduğu aşkarlanmışdır. Cütlüklər bir-birlərinə keçirdikləri faydalı bakteriyalar sayəsində immunitet sistemlərini gücləndirmiş olurlar.

8. Öpüşərkən ağız içində olan mayenin tərkibində gizli antibiotiklər ötürülür. Eyni zamanda həmin mayenin tərkibində ağrını azaldan təbii ağrı kəsici də var.

9. Öpüşmək qayğını və əndişəni azaldır, oksitosin səviyyəsini artırır. Oksitosin hüzur əmələ gətirən, sakitləşdirici hormondur.

10. Öpüşmə nəticəsində meydana çıxan endorfin, morfindən 200 dəfə daha qüvvətlidir.
Eyni zamanda Öpüşməklə yoluxan xəstəliklər adlı məqaləmizə də nəzər yetirə bilərsiniz! 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!