“Ağızda niyə uçuq çıxır?  -  Necə müalicə etməli?

Ağızda niyə uçuq çıxır? - Necə müalicə etməli?

Bir çox insanın ağzının içində fərqli səbəblərdən dolayı uçuq çıxa bilər. Əslində çox balaca bir yara kimi də olsa, insana əziyyət verən bir şeydir. Bəs bu uçuqlardan tez bir zamanda qurtulmaq üçün nə etməli?

İsti, qazlı və qıcıqlandırıcı qidalardan uzaq durun.
Dilinizi, damağınızı və diş ətlərinizi ələ keçirən bu balaca yaralar səbəbi ilə nəsə yeyərkən çətinlik çəkirsiniz. Ağzınızda uçuq çıxdığı zaman isti çayları, qazlı içkiləri, sərt qabıqlı meyvələri və ədviyyatları bir müddət yeməklərinizdən uzaq tutun.

Allergiyanız ola bilər!
Özünüzdən soruşmalı olduğunuz suallardan biri “Bəlkə allergiyam var?” sualıdır. Yeyərkən sizə təsir edən qida bu dəfə də ağzınızda uçuq çıxmasına səbəb olmuş ola bilər. Allergiyaya sahib olmadığınızı hiss etsəniz də, bu qidalardan hansını yemişdiniz? Şokolad, fıstıq, pomidor, limon, süd…

Hər şeyin səbəbi immunitet!
Uçuq çıxmasının ən önəmli faktorlarından biri immunitetin zəifləməsidir. Bu səbəblə də uçuğa qış aylarında daha çox rast gəlirik. Uçuq çıxmasını istəmirsinizsə, immunitetinizi güclü tutmalısınız.

Uçuğu sağaltmaq üçün çarələr!

Soda – uçuğu sağaltmağa, ağız yaralarının keçməsinə kömək olur. Bir az su ilə krem halına gətirib yaraların üzərinə sürtün və ya bir qaşıq soda ilə su hazırlayıb qarqara edə bilərsiniz.

Duz – Yarım stəkan suya yarım qaşıq duz əlavə edib qarqara edə bilərsiniz.

Dərmanlar – həkimlə məsləhətləşib krem və ya qarqara məhsullarından da istifadə edə bilərsiniz.

Unutmamaq lazımdır ki, uçuqlar 1 həftədən qısa müddət ərzində sağalır, lakin bu, uzun çəkirsə və tez-tez olursa, axrasında ciddi sağlamlıq problemləri ola bilər. Belə olan halda həkimə müraciət etmək lazımdır.
Ağız sağlamlığı üçün bunlara diqqət edin!

 

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!