“Öpüşməklə yoluxan xəstəliklər

Öpüşməklə yoluxan xəstəliklər

Öpüşmək hər kəsin sevdiyi, sevgisini göstərmək üçün icra etdiyi bir hərəkətdir. Hətta araşdırmalar öpüşməyin stressi və qayğını azaltmaq, qan axışını sürətləndirmək və xoşbəxtliyi artırmağı kimi faydaları olduğunu da göstərir. Lakin, öpüşmək faydalı olduğu qədər ziyanlı da ola bilər. Çünki insan bədənində ən çox virus və bakteriyanın olduğu yer ağızdır. Ağzımızda saysız hesabda həyatlarını davam etdirən mikroorqanizmlər vardır və bunlar öpüşmək yolu ilə başqa bir insana rahatlıqla yoluxa bilir.
Öpüşməklə yoluxan və immuniteti zəiflədən bir çox önəmli xəstəlik mövcuddur.
“İnfeksiyoz monoküloz”
“Öpüşmə xəstəliyi” olaraq da tanınan bu xəstəlik tüpürcək vasitəsi ilə yoluxan xəstəliklərin ən başında gəlir. Xəstəliyin hər hansısa bir yaş aralığı yoxdur, amma əsasən yeniyetmələrdə aşkarlanır. Virusun əlamətləri arasında isə qızdırma, boğaz ağrısı, limfa düyünlərində şişlik və s. var.
Necə müəyyən olunur?
Əlamətləri gördüyünüz anda həkimə getmək lazımdır. Qan analizi ilə aşkarlana bilir.
“Sitomeqalovirus”
Ən yayılmış virus növləri arasındadır. Bu xəstəlik cinsi təmas, qan köçürməsi və ya bədəndəki mayelərin bir-birinə təması ilə yoluxur.
Necə müəyyən olunur?
Virusun müəyyən edilməsi üçün qan analizlərinə ehtiyac var. Xəstəliyin müalicəsi olmadığı üçün dərmana ehtiyac olmur, xəstənin gigiyena qaydalarını dəyişdirməsi xəstəliyin qarşısını ala bilər.
Diş əti iltihabı
Diş əti iltihabı xüsusiyyətləri dişləri və ağız boşluğu içində davamlı olaraq bakteriya ifrazına səbəb olur. Diş əti iltihabı dişdə qızarma, qanama və şişlik kimi əlamətlərə sahibdir.
Necə müəyyən edilir?
Diş ətlərində qanama və ya şiş yaranmışsa, dərhal həkimə getməlisiniz. Diş əti iltihabı nəfəs qoxusuna və ağrılara səbəb olduğu üçün qısa müddətdə müalicə edilməlidir.
Boğaz, grip və s. Kimi infeksiyalar.
Çeşidli virusların yol açdığı burun axıntısı, qızdırma, baş, əzələ, sinə ağrıları, iştahsızlıq, çəki azalması kimi əlamətlərin görüldüyü xəstəliklər nəfəs, hətta toxunma yolu ilə keçdiyi təqdirdə, təbii ki, ağızdakı bakteriyalarla da yoluxur.
Uçuq
Bir çox insanın gündəlik həyatda qarşılaşdığı bir problem olan uçuq əslində bir infeksiyadır. Herpes Simpleks Virusu adlanan bu virus öpüşmək vasitəsi ilə də yoluxur. Virusun əlamətləri arasında boğaz ağrısı, limfa düyünlərində şişlik və 3 gündən çox çəkən qızdırma kimi əlamətlər vardır.
Necə müalicə edilir?
Bir iki həftə içində keçən uçuğa qarşı tropikal krem və ya reseptlə dərman istifadə edə bilərsiniz.
Xəstəliklərdən qorunmaq üçün öpüşməzdən əvvəl bunları edin.
- Dişlərinizi düzgün şəkildə fırçalayın,
- Nizamlı olaraq diş ipindən istifadə edin,
- İldə bir dəfə diş müayinəsinə gedin,
- Diş fırçanızı 3 ayda bir dəyişin,
- Qarqara istifadə edərək mikroblardan qorunun.

 Android istifadəçiləri buradan saytımızın mobil tətbiqini endirə bilər:

https://play.google.com/store/apps/details?id=com.elitsolutions.leydi&utm_source=leydi.az


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!