Xüsusən uşaqlarda olan burun qanaxması valideynlərdə qorxu yaradır. Burun qanaxmaları bəzən o qədər də narahatedici hal deyil.
Burun qanaxmaların çox az hissəsi xərçəng və ya yüksək təzyiqin xəbərçisidir. Qanaxmaların 90%-i hər hansı bir müdaxiləyə ehtiyac qalmadan dayanır.
Arxa tərəfdəki burun qanaxmaları təhlükəlidir.
Burunun selikli qişası çox sıx damar şəbəkəsi tərəfindən qidalandırıldığı və xarici mühitlə təması sıx olduğu üçün tez qanayır. Burun qanaxmaları burunun ön və ya arxa tərəfindən qaynaqlana bilər. Ön tərəfdən olan qanaxmalar ümumiyyətlə daha yüngül olur və üst tənəffüs yolları infeksiyası, soyuqdəymə kimi səbəblərdən meydana gəlir. Xərçəng, ya da yüksək təzyiq kimi xəstəliklərin xəbərçisi olan qanaxmalar isə ümumilikdə burunun arxa tərəfindən qaynaqlanır. Yetkin insanlarda nisbətən tez-tez müşahidə olunur.
Başınızı heç vaxt yuxarı qaldırmayın.
Burunu qanayan şəxs ilk əvvəl burundan axan laxta qanları axıtmalı, oturub başını qabağa əyməli, burnunu 5-10 dəqiqə ərzində bərk sıxmalıdır. Burnunuzu sıxanda üstünə buz qoysanız, qanaxmanı dayandıracaq. Bir çoxları burun qanaxmasında başı arxaya tərəf qaldırmalı olduğunuzu deyir, ancaq baş arxaya tərəf qalxanda axan qan boğazınıza gedir və boğaza gedən qan nəfəs borunuzda tıxanıb, sizi öldürə bilər.
Həkimlərə müraciət etməli olduğunuz vəziyyətlər:
- Qanaxma zamanı nəfəs ala bilmirsinizsə,
- Təkrarlanan burun qanaxmaları varsa,
- Qan xəstəliyindən əziyyət çəkirsinizsə,
- Ürək-damar xəstəliyindən əziyyət çəkən yaşlılarda burun qanaxması varsa,
- Qanı duruldan dərmandan istifadə edirsinizsə,
- Tək tərəfli və tez-tez təkrarlanan burun qanaxmaları varsa.