“Uşaqlarınızın boyunu uzadan 5 əsas amil

Uşaqlarınızın boyunu uzadan 5 əsas amil

Boyun uzun olmağına təkcə genetik faktorlar təsir etmir. Qidalanma da uşağınızın boyunun uzun və ya qısa olmağı barədə olduqca təsirlidir. Biz bu yazımızda uşaqların boyunu uzadan qidalanma proqramını sizin üçün tapıb hazırlamışıq.

1. Günəş vannası
Boyu uzadan qidaların təməlində kalsium və D vitamini durur. Günəş də ən önəmli D vitamini qaynağıdır. Günəşli havalarda beş dəqiqə günəş vannası qəbul etmək çox faydalıdır.

2. 2 stəkan süd
Sümük üçün faydalı olan kalsium ehtiyacının ödənilməsi üçün süd, qatıq, ayran, pendir kimi qidaların yeniyetməlik dövründə uşaqlarınızın qidalanma proqramında olması olduqca əhəmiyyətlidir. Uşaqlarınıza gün ərzində 2 stəkan süd içirməyə çalışın.

3. Çərəz
Çərəz də kalsium cəhətdən zəngin qidalardandır. Uşaqlarınızın gündə bir ovuc fındıq, fıstıq, badam və ya qoz yeməyi uzun boylu bir gələcək üçün əhəmiyyətlidir.

4. Çəki nəzarəti
Uşağınızın artıq çəkili olması boyunun uzanmağına mənfi təsir göstərir. Belə uşaqlar boylarının uzanması üçün mütləq arıqlamalıdırlar.

5. Həftədə iki dəfə balıq yemək
Balıq, balıq yağı, kartof, yumurta sarısı, yulaf əzməsi tərkibində ən çox D vitamini olan qidalardır. Buna görə də uşaqlarınıza həftədə ən az 2 dəfə balıq yedirdin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar