Sancı problemi bir çox uşaqda, xüsusilə də 0-6 ay aralığındakı uşaqlarda çox rast gəlinən problemlərdən biridir. Bir çox ana bəzən körpəsinin narahatçılığının səbəbinin sancı olduğunu bilmir və bunun üçün də çətin anlar yaşayırlar. Uşaqlarda sancı problemi bir çox səbəbdən ola bilər. Əgər ana südü yeyən uşaqdırsa, ananın yediyi qidalar nəticəsində, hazır uşaq yeməyi və ya inək südü ilə qidalanan uşaqdırsa, bu yeməklərin və inək südünün tərkibindəki allergik maddələr nəticəsində ola bilər. Bundan əlavə uşaq yediyi zaman ağzına hava getməsi sayəsində də onda sancı problemi yarana bilər. Biz bu yazımızda sancı problemini azaltmaq üçün nələri edə biləcəyinizi sizin üçün araşdırıb yazmışıq.
1. Qarın masajı
Körpənizi arxası üstə uzadın və zeytun yağı ya da Hindistan qozu yağı ilə qarnına və qasıq nahiyəsinə yüngül hərəkətlərlə masaj edin.
2. Probiyotikler
Probiotik dəstəyi uşaqlarda problemi üçün olduqca təsirli vasitədir. Uşağınıza probiotiklə zəngin olan bir qatıq verərək ya da həkimlə məsləhətləşib probiotik dəstəyi təmin edərək bu problemi xeyli azalda bilərsiniz.
3. Maye qəbulunu artırın
Sancı probleminin səbəbləri arasında az maye qəbulu dayanır. Buna görə də körpənizin mütəmadi olaraq maye qəbul etməsinə xüsusi diqqət yetirin.
İlıq su ilə yuyundurmaq
Sancısı olan körpəni ilıq su ilə yuyundurmaq bu problemin həll olunmasında köməkçi olacaqdır.
4. Yüngül hərəkətlər
Əgər uşağınız yeriyirsə, yeməkdən sonra gəzintiyə çıxara bilərsiniz. Hələ yerimirsə, kürəyi üstə uzadıb ayaqlarını yüngül hərəkətlərlə velosiped sürürmüş kimi elətdirin.
5. Razyana çayı
Razyana toxumu körpələrdəki sancını götürməkdə ən təsirli vasitədir. Həkim nəzarəti altında razyana çayı verməklə sancı problemini aradan qaldıra bilərsiniz. Əgər süd verirsinizsə, bu çaydan özünüzün içməyi də bu problemi aradan qaldırmaqda kömək olacaqdır.
Bu tövsiyələrə əməl etməklə körpənizin sancı problemindən azad olaraq daha rahat yatmağına və oynamasına şərait yarada bilərsiniz.