Mütəxəssislər bel və boyun yırtığı xəstəliyi yaşının get-gedə azaldığını və ağır məktəb çantasının onurğada qalıcı zədələr yarada bildiyini deyirlər. Bəs uşaqların çantalarının ağırlığı nə qədər olmalıdır?
Mütəxəssislər bel və boyun yırtığının günümüzdə ibtidai, orta və yuxarı sinif uşaqları arasında meydana çıxma sıxlığının artdığını bildirir. Ağır çantalar uşaqlarda onurğa əyriliklərinə səbəb olur. Kiçik yaşlarda onurğada yaranan əyriliklərin xroniki boyun, çiyin, kürək və bel ağrıları, qozbellik, bel-boyun nahiyəsində kirəclənmə, çiyinlərdə sallanma və qabağa doğru əyilmə yaratdığı və bunlar səbəbilə bu nahiyələrdən keçən damar və sinir sıxılmaları, hətta bel və boyun yırtıqları meydana gətirdiyi məlum olmuşdur.
Uzun müddət hərəkətsiz qalan uşaqların əzələ inkşafı yaxşı getmədiyi üçün onurğaya düşən yükü azaltmaq məqsədilə valideynlərin övladlarını mütləq idmana yönləndirməsi vacibdir. Bəs bir uşağın çantasının ağırlığı ən çox nə qədər olmalıdır?
Kürək çantaları uşağın bədən ağırlığının yüzdə onundan az olmalıdır. Həmçinin çantalar uzun müddət daşınmamalı, ayaqda durulacaqsa, çiyindən çıxarılmalıdır.
Ağırlıq çantanın içərisində bərabər bölüşdürülməli, çanta asqıları geniş olmalı, bel dəstəyi, bel kəməri kimi hissələri olmalı, mümkünsə təkərli məktəb çantaları seçilməlidir.
Elektronik əşyaların istifadəsi ibtidai siniflərdə məhdudlaşdırılmalıdır. Hər hansı ağrı və narahatlıq olduğu zaman vaxt itirmədən həkimə müraciət edilməlidir.