“Övladınız solaxaydır?

Övladınız solaxaydır?

Uşaqların solaxay olması zamanı valideynlərin izləməli olduğu yolları və diqqət etməli olduğu şeyləri sizin üçün yazdıq.

İnsan beyninin sağ və sol payları var. Beynin sağ və sol hissələri fərqli zehni dövrləri əhatə edir. Sağ əli idarə edən beynin sol hissəsidir və danışmaq, dil, yazı yazmaq, məntiq, riyaziyyat və elmi idarə edir. Sol əli idarə edən sağ hissə isə musiqi, incəsənət və hissləri idarə edən beyin hissəsidir. Sağ hissə konkret düşünüb, kənardan böyük tablonu görməyi bacardığı halda, sol hissə isə daha spesifik xüsusiyyətləri ayırd edə bilir.

İnsanların beyninin hansı hissəsini işlətdiyi və bundan asılı olaraq gündəlik işləri görərkən hansı əlini işlətməyə üstünlük verdiyi erkən yaşlarda hiss olunur. Həmçinin bir uşağın oyuncaqlarını hansı əllə götürdüyü, hansı əllə yemək yediyi onun hansı əlini işlətməyə üstünlük verdiyini göstərir. Artıq 1 yaşa yaxın bir zamanda açıq şəkildə bəlli olsa da, 3-4 yaşda artıq tamamilə uşağın solaxay olub-olmadığı dəqiqləşir.

İndiyədək aparılmış araşdırmalarda genetikaya, xarici faktorlara və sosial çevrəyə baxılmışdır. Nəticələrə əsasən ata və anadan birində solaxaylığın olması zamanı uşaqda solaxaylıq ehtimalı artır. Yəni iki valideyni də sağ ələ üstünlük verən uşaqlarda solaxaylığa daha az rast gəlinir. Əlbəttə iki valideyni də solaxay olan uşağın solaxay olma ehtimalı digərləri ilə müqayisədə daha yüksəkdir. Xarici faktorlara baxıldığı zaman isə doğuş zamanı stress faktorlarının varlığının əl seçimi zamanı vacib faktorlardan biri olduğu məlum olmuşdur. Baş-beyin travmalarının da solaxaylığa səbəb ola biləcəyi araşdırmalar nəticəsində müəyyən edilmişdir.

Solaxaylıq, adətən, ailəvi olub, normal bir haldır. Ancaq bəzi inkişaf xəstəlikləri ilə arasında da əlaqə aşkarlanmışdır. Sol beyin dil öyrənmə bacarığını təmsil etdiyi üçün beyinin sağ hissəsi daha çox işləyən solaxaylarda dil öyrənməkdə çətinlik ola bilər. Oxuma-yazma zamanı öyrənməkdə çətinlik çəkmək və pəltəklik solaxaylarda tez-tez rast gəlinən hallardır.

Digər tərəfdən bəzi elm adamları solaxayların, yəni sağ beyni daha aktiv istifadə edən insanların bəzi sahələrdə daha uğurlu olduqlarını düşünürlər. Misal üçün solaxay insanlarda beynin sağ və sol hissələri arasında əlaqə daha sürətlidir. Buna görə də onlar eyni anda bir neçə işi görə bilərlər. Digər tərəfdən solaxay insanların incəsənətlə bağlı bacarıqlarının daha çox olduğu da müəyyən edilmişdir. Bu səbəbdən də basketbol və həndbol oynayanlarda, boks və güləşlə məşğul olanlarda, cərrahlarda və heykəltəraşlarda, musiqi alətində ifa edənlərdə solaxaylıq üstünlük hesab oluna bilər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar