Uşaqlarınızın yediyi bir çox hazır qida xərçəng də daxil olmaqla bir çox xəstəliyə səbəb ola bilir.
Uşaqlar üçün nəzərdə qutulan qidalarda istifadə olunan süni rəngləndiricilərin neftdən istehsal edildiyi və bu maddələrin xərçəng başda olmaqla bir çox xəstəliyə səbəb ola biləcəyi ortaya çıxıb. Neftdən alınan maddələrin makiyaj məhsullarında istifadə olunması artıq illərdir ki, müzakirə olunur. Zərərləri ilə bağlı internetdə bir çox məqaləyə rast gəlməyiniz mümkündür. Qaldı ki, zərərli maddələrin uşaqların qidalarında istifadəsi bu, çox dəhşətlidir. Geniş istifadə olunan qırmızı və sarı qida boyaları neftdən istehsal edilir və ciddi sağlamlıq problemlərinə səbəb olur.
Hazır piroqlar
Bu mikrodalğalı sobalarda isidilə bilən xəmir qidaları yüksək fruktozalı qarğıdalı siropu, dekstroz və şəkərə malikdir. Bunlar üçün zərərli şəkərin bütün formaları olduqlarını deyə bilərik. Həmçinin hüceyrələrdə funksiya pozğunluqlarına səbəb olan qismən hidrolizə olunmuş haldakı soya yağı və suni rəngləndiricilərə də malikdirlər.
Jelibonlar
Meyvə dadı və fərqli formaları sayəsində onlardan zövq almamaq çətindir, ancaq tərkibindəki süni qatqı maddələrinin və rəngləndiricilərin varlığını bilmək övladlarınıza jelibon vermək fikrindən sizi döndürə bilər. Tərkibində tez-tez istifadə olunan E127 və ya Erythrosin olaraq tanınan qırmızı qida boyası bir neft məhsuludur.
Bonibonlar
Əyləncəli, rəngli, ağızda əriyən şokoladlı konfetlər... Rəngləri sünidir və həzm olunduqda olduqca zərərlidirlər. İstifadə olunan süni rəngləndiricilər hiperaktivliyi artırır. Laboratoriya siçanlarında isə beyin xərçənginə və digər anormal hüceyrə inkişaflarına səbəb olduğu müşahidə edilib.