Çin astroloqlarının fikirlərinə görə 2016-cı il ötən ilə nisbətən daha hərəkətli bir il olacaq. Bu Od Meymunu ili mübarizə ruhumuzu və var gücümüzü ortaya qoyacağımız il olaraq vəd edilir.
Bu il planladığınız və reallaşmasını istədiyiniz bütün arzularınızı, layihələrinizi həyata keçirməyin vaxtıdır. Artıq qaçmaqla özünüzü aldatmayın. Bu ili maksimum dəyərləndirməlisiniz.
2016-cı ildə uzun müddətdir ağlınızda olan, riskini nəzərə alaraq başlamadığınız işlərin toxumlarını atmaq üçün qabağınıza bir çox vacib fürsətlər çıxacaq. Nailiyyətin qapısını açmaq üçün orjinal və sürətli olmalısınız.
Bu il bir çox səyahətlər edəcəksiniz və daha əvvəl getmədiyiniz yerlərə gedəcəksiniz. Od Meymunu ili gözəl anlara, qazanclara, tədbirlər və xoşbəxt günlərə şahidlik edəcək.
Əsasən Siçanlar, Öküzlər, Əjdahalar, Atlar, Meymunlar və Xoruzlar üçün uğurlu il olacaq. Pələnglər, İlanlar, İtlər və Öküz bir az təmkinli olmalıdırlar. Dovşanlar maddi vəziyyətlərinə, Keçilər isə sağlamlıqlarına diqqət etməlidirlər.
Od Meymunu ili Siçanlara, Əjdahalara, Meymunlara inam və cəzbedicilik qazandıracaq. Həmçinin Keçilər, Dovşanlar və Öküzlər üçün hər an yeniliklər və inkişaf fürsətləri yaradacaq. Xoruzlar və Atlar ətrafdan gələn xəbərdarlıqlara qarşı diqqətli olmalıdırlar. Pələnglər, İlanlar, Donuzlar və İtlər isə istəklərinə fokuslansalar bu il onlar üçün müvəffəqiyyətlə nəticələnəcək.
Çin astroloqlarına görə 2016-cı ilin rəngləri tünd qırmızı, çəhrayı və qızılıdır. Bu il qızılı rəngdə parıltılı paltarlar geyinməyiniz və qızıl aksesurlar taxmağınız tövsiyə olunur.