“Ac qalmaq hüceyrələri yeniləyir

Ac qalmaq hüceyrələri yeniləyir

Yoshinori Ohsumiyə Nobel gətirən bir araşdırma ac qalmağın hüceyrələrin özünü yeniləmə mexanizmini işə saldığını və bir çox xəstəliyin qarşısını aldığını göstərir.

Az qala bütün dinlərdə və mədəniyyətlərdə müəyyən vaxtlarda oruc tutmaq, ac qalmaq təcrübəsi var. Bunun həm nəfsin tərbiyəsini, həm də bədən sağlamlığını özüylə birgə gətirdiyinə inanılır. Bu məlumatlar indi də Nobel mükafatı ilə təsdiqlənmiş kimi görünür.

Bir neçə gün bundan qabaq Yapon alim Yoshinori Ohsumiyə Nobel mükafatını gətirən geniş araşdırması da sağlamlıq baxımından oxşar bir nəticə əldə etdi. Ohsuminin araşdırması autofagiya və aclığın autofagiyanı hərəkətə gətirməsidir. Bəs autofagiya nədir? Bu, hüceyrələrin öz içindəki zibilliyi, lazımsız hissələri toplayaraq yox etməsi mənasına gəlir.

Ohsumi və dostları illər ərzində davam edən kliniki testlərin nəticəsində aclığın autofagiya mexanizmini hərəkətə gətirdiyi və bunun nəticəsində hüceyrələrdəki zərərli maddələrin yenə hüceyrə tərəfindən yox edildiyi meydana çıxdı. Bu sistemdəki problemlər xərçənglə yanaşı, irəliləyən yaşlarda meydana çıxan Parkinson, Diabet kimi bir çox xəstəliyin səbəbi kimi göstərilir. Ohsuminin əldə etdiyi məlumatlarla gələcəkdə bir çox xəstəliyin qarşısının alına biləcəyi hesab olunur.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar