“Arıqlamaq üçün maddələr mübadiləsini sürətləndirən şorba

Arıqlamaq üçün maddələr mübadiləsini sürətləndirən şorba

Arıqlamaq üçün müxtəlif yollar və üsullar axtaran bir çox insan var. Arıqlama mövzusunda sizə köməkçi olacaq ən yaxşı üsul isə balanslı və şüurlu qidalanma olacaq. Bir çox tərəvəzin birləşməsindən ibarət olan bu şorba maddələr mübadiləsini olduqca sürətləndirdiyi üçün maddələr mübadiləsi şorbası adını almışdır. Maddələr mübadiləsi şorbasının içərisində olmayan yoxdur. Buna görə də insan bədəninin sürətlə arıqlamasına köməkçi olur. Bu tərkibi sayəsində maddələr mübadiləsini sürətləndirərək, arıqladır. Təkcə maddələr mübadiləsini sürətləndirmir, həzm sisteminin fəaliyyətini də yaxşılaşdırır və bədənin müqavimətini artırır. Arıqlamaqla birlikdə eyni zamanda sağlam bir həyat da bəxş edir. İndi isə keçək şorbanın hazırlanmasına.

Tərkibi:

- 1 ədəd soğan,

- 1 ədəd kök,

- 1 ədəd kartof,

- 1 ədəd bibər,

- 1 ədəd pomidor,

- 1 dəstə doğranmış cəfəri,

- 3 yemək qaşığı bitki yağı,

- 1 yemək qaşığı un,

- 5 stəkan su,

- Duz.

Tərəvəz şorbasının hazırlanması:

Soğan, kök, kartof, bibər və pomidoru kiçik-kiçik doğrayın.

Bitki yağını qazana töküb, qızdırın.

Soğanı tökün və yaxşıca qovurun.

Sıra ilə doğradığınız ərzaqları əlavə edib, qarışdırın.

Qapağını örtüb, vam odda 10 dəqiqə bişirin.

10 dəqiqə sonra unu əlavə edin və qarışdırın.

Suyunu da töküb, tərəvəzlər yaxşıca yumşalanadək bişirin.

Göyərti və duzunu əlavə edin, qapağını örtün.

Tərəvəz şorbası süfrəyə hazırdır. Nuş olsun!

 

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar