Qaz bağırsaqda nələr olduğu ilə bağlı siqnal ola bilər. Ola bilər ki, qaz hansı qidaların sizə müsbət təsir etmədiyini bildirsin. Bağırsaqda qazlar əslində həzm sistemimizin işinin qaydasında getməsinin bir əlamətidir. Həmçinin, qidaların sizə yaxşı, yoxsa pis təsir etdiyini hiss etməyinizə köməkçi ola bilər.
Niyə bağırsaqda qaz əmələ gəlir?
Sağlam insanın bağırsaqlarında qazın əmələ gəlməsi olduqca təbiidir. Bağırsaqlarımızda yediyimiz qidaları parçalayan və həzmi təmin edən bir çox faydalı bakteriya var. Bu bakteriyalar xüsusilə həzmi çətin olan şəkərli və nişastalı qidaları parçalayarkən qaz meydana gəlir. Bu oksigen, karbondioksit, hidrogen, metan kimi qazların bədəndən atılması lazımdır. Çıxarılan qaz isə udduğumuz hava ilə bunun qarışığıdır. Çox sürətli yemək yemək, qazlı içkilər içmək və ya saqqız çeynəməklə hava uda bilərik. Beləcə, bu qaz qarışığı meydana gəlir və bədəndən atılır.
Qoxusu olmayan qazlar adətən karbondioksid ilə zəngindir və sağlam həzm sisteminin bir əlamətidir.
Əgər bağırsaqlarınızda gərəyindən artıq qaz yaranırsa, bu, bəzi xroniki xəstəliklərinizin əlaməti ola bilər. Yaxşı olar ki, gecikmədən həkimə müraciət edəsiniz.
Qazı azaltmaq üçün bəzi məsləhətlər:
- Yemək yeyərkən qidalarınızı yaxşı-yaxşı çeynəyin. Bu şəkildə bağırsaqlarınızda həzm asan olar.
- Təzə tərəvəz və meyvə yeməyə çalışın. Tərəvəzlər qaz yaratsa da, liflə zəngin olduqları üçün bağırsaqlarınızın işləməsinə kömək edər.
- Nanə, zəncəfil və şüyüd qazı azaltmağa kömək edir.