“Çiyələyin faydaları

Çiyələyin faydaları

Xolesterol: İspaniyadakı Salamanca universitetinin apardığı araşdırmalara əsasən davamlı olaraq çiyələk yemək xolesterolu aşağı salır. Araşdırmalara qoşulmuş 23 könüllü 1 ay ərzində hər gün yarım kiloqram çiyələk yemişdir. Aparılmış testlərdə araşdırmaya qoşulanların LDL xolesterol səviyyələrində 9%-ə qədər azalma müşahidə edilmişdir. HDL xolesterol səviyyələri isə eyni qalmışdır. Mütəxəssislər çiyələyin xolesterolu niyə aşağı saldığını bilmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu desələr də, ilk nəticələrə əsasən çiyələyin bu xüsusiyyətinin meyvəyə qırmızı rəngi verən antosiyanin adındakı piqmentlərdən irəli gəldiyini bildirirlər.

Antioksidantlar: Xəstəliklərə qarşı bədənin müqavimətini artıran, xərçəngə qarşı qorunma yaradan, Alzheimer riskini azaldan, ürək və damar sağlamlığını qoruyan, xüsusilə yaşlanma ilə əlaqəli sağlamlıq problemlərinin qarşısını alan antioksidantlar çiyələkdə bol miqdarda var.

Xərçəngdən qorunma: Çiyələyin antioksidant təsiri müxtəlif xərçəng növlərinin yolunu açan sərbəst radikalların artmasının qarşısını alır.

Dəri: Çiyələyin dəriyə faydaları yüksək miqdarda C vitamini ehtiva etməsindən qaynaqlanır. Portağal və qreypfrutdan daha çox C vitamininə malik olan çiyələk bunun sayəsində dəri quruluğu, vaxtından əvvəl meydana çıxan qırışıqlıqlar kimi problemlərin qarşısını alır. Sadəcə meyvə kimi yeyilməklə deyil, həm də maska olaraq üzə tətbiq edildikdə də dəriyə bir çox fayda verir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar