“İftarı nə ilə açmalı?

İftarı nə ilə açmalı?

Oruc ən sağlam şəkildə nə ilə açılmalıdır?
Orucu açmağa nə ilə başlamalı? Bir stəkan su içmək, zeytun yemək ən doğru seçimdirmi? Xurma yalnız bir ənənədir, yoxsa iftar süfrəsində ilk onamı əl uzatmaq lazımdır? Məşhur dietoloqlar bu suallara cavab verdi.
 
Su: Toxluq hissi oyadar, susuzluğunuzu aradan qaldırar.
Xurma: itirdiyiniz vitamini tamamlayır, stressi aradan qaldırır.
Zeytun: Mədə turşusunu artırır. 
 
Yeməyə şorba ilə başlayın
İftarda oruc bir stəkan su ilə açılmalıdır. Bunun yanında bir xurma və ya bir zeytun yeyilə bilər, ancaq ən əhəmiyyətlisi bütün gün susuz qalan bədənin əsas ehtiyacı olan suyun qarşılanmasıdır.
 
Yeməyə başlamazdan əvvəl su içilməli, ancaq yemək əsnasında çox su istehlak edilməməlidir. Yeməyə bir kasa şorbayla başlanmalıdır. Şorbanın yanında bir miqdar salat həm toxluq hissinin meydana gəlməsini, həm də yeməyin çox tez yenilməməsini təmin edəcək.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar