Kokos unu sağlam qidalanmaq, amma şirniyyatlardan və xəmir yeməklərindən uzaq qalmaq istəyənlərin köməyinə çatır!
Kokos yağı yüksək protein və az karbohidrat səviyyəsi ilə də ön plana çıxır. Həmçinin, qan şəkərinin dostu olması və möhtəşəm ətri dietdə olanlar üçün ani şirniyyat istəyi zamanı köməkçi olur.
Bu möcüzəvi unu marketlərdə tapmaqda bir az çətinlik çəkə bilərsiniz. Ancaq kokos ununu evdə hazırlamaq da çox asandır. Bu zaman, adətən, 2 üsuldan istifadə edilir. Birinci üsula əsasən kokos rəndələnərək sobada qurudulur. İkinci üsulda isə kokos kiçik hissələrə bölünüb blenderdən keçirilir.
Blenderdən keçirdiyiniz kokosu un kimi incələnədək çəkin. Əgər səhvən blenderdən çox keçirsəniz, un hazırlaya bilmədiyiniz üçün üzülməyin. Çünki əldə etdiyiniz kokos kremi şirniyyatlara çox yaraşacaq.
Kokos unu mayeni olduqca yaxşı hopdurur, ancaq dağılmağa meyilidir. Buna görə də başqa bir ərzaqla və ya unla qarışdıraraq istifadə edin. Əks halda peçenyeləriniz dağıla bilər.