“Qida allergiyası

Qida allergiyası

Müxtəlif qida maddələrinə qarşı allergiyası olan insanların sayı gün keçdikcə artır.
Qida allergiyası yalnız qidanı yedikdə deyil, qoxusu ilə, hətda toxunmaqla belə ortaya çıxa bilər. 
Allergiya orqanizmin hər hansı bir maddəyə qarşı göstərdiyi reaksiyadır.
Allergik reaksiyalara yol aça bilən antigen isə alergen maddə adlandırılır. Qida allergiyaları və səbəb olduqları reaksiyalar müxtəlif ola bilir.

Qida allergiyasının əlamətləri qidanın istifadəsindən saniyələr sonra ortaya çıxa bilir. 
Bu əlamətlər yalnız qızrtı və şişliklərdən başqa, bəzən şiddətli ağrılar şəklində də özünü göstərə bilir.

Qida allergiyası əlamətləri hansılardır?

-Allergiyası olan insanlar alllergik reaksiya göstərə bilən qidanı yedikdə orqanizm antikor edərək özünü qorumağa başlayır. 
Antikor histamin tərzində kimyəvi maddələrin buraxılmasına səbəb olur. 
Bu kimyəvi maddələr nəticəsində ürək döyüntülərinin artması, qaşıntı və qırmızı ləkələr ortaya çıxır. 
Uşaqlarda ən çox süd, yumurta, və fısdıq, böyüklərdə isə fısdıq, 
yağlı toxumlar və dəniz məhsullarının səbəb olduğu allergiyalara daha çox rast gəlinir.

Dəri reaksiyaları
Qırmızı ləkələr, tərləmə, yanma, qaşıntı, boğaz şişməsi, üz şişməsi, dil və ağız şişməsi.

Ağ ciyər, qulaq, burun, boğaz reaksiyaları
Nəfəs darlığı, tənəffüs çətinliyi, astma, quru öskürək, burun tıxanması, asqırma, başgicəllənmə.

Kardiyovaskular reaksiyalar
Yüksək temperatur, solğunluq, əllərdə yaranan qızartılar, nizamsız nəbz.


Ən çox rast gəlinən qida allergiyaları və əlamətləri;
-Süd və süd məhsulları
Əlamətləri: bağırsaq sendromu, miqren, burun axıntısı, nəfəs darlığı, ishal.

-Yumurta
Əlamətləri: ekzema, astma, şişlik.

-Balıq
Əlamətləri: şişlik, qarın ağrısı, ürək bulanması, miqren.

-Yağlı toxumlar
Əlamətləri: bəzən anafilaktik şok, ekzema, astma, dəri üzərində qabarcıqlar.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar