“Ramazan bayramında qidalanmanıza diqqət edin!

Ramazan bayramında qidalanmanıza diqqət edin!

Bayramda süfrəyə düzülən bir-birindən ləziz təamların hamısından dadmamaq mümkünsüzdür. Ancaq bayram tətilində ləziz yeməklərdən məhrum olmadan düzgün qidalanmaq da mümkündür.

Ramazan ayı bitdikdə psixoloji olaraq özümüzü mükafatlandırmaq üçün qidalanma rejimimizdə dəyişikliklər edirik. Bayramda ifrata varmadan, kiçik porsiyalarla qidalanmaq vacibdir. Çünki Ramazan ayı ərzində yavaşlayan metabolizmi əvvəlki halına gətirmək az, amma tez-tez yeyərək və idman edərək mümkündür.  Xüsusilə yüksək kalorili qidaları yeyərkən daha da diqqətli olmaq lazımdır. Çünki kalorili qidalar kökəlmə prosesini sürətləndirdiyi üçün mümkün qədər bu qidalardan uzaq durmaq lazımdır.

Yeyəcəyiniz yeməkləri planlaşdırın.

Gün ərzində 1 kasa qatıq, 1 meyvə və 3-4 badamla edəcəyiniz səhər yeməyi kifayət edə bilər.  Günorta yeməyi üçün ətli, pendirli və ya toyuqlu bir salat yemək və bir stəkan ayran içmək idealdır. Günortadan sonra 4 dilim paxlava, 3 dilim keks yerinə, mümkünsə, 1 porsiya südlü şirniyyat, 1 incə dilim keks yeyilə bilər. Gün ərzində yeyəcəyiniz şirniyyat miqdarının gündə 2 porsiyanı keçməməsinə diqqət edin. Gün ərzində yeyilənlərdən sonra axşam yeməyi az yeyilməlidir. 5-6 yemək qaşığı zeytun yağında bişmiş tərəvəz yeməyi ilə 1 porsiya meyvə yeyin.

Mədə problemlərinin qarşısını alın.

Bayram tətili müddətində sürətli və çox yemək yemək qaz, həzmsizlik, ürəkbulanma və mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. Hər şeydən yemək yerinə, dadına baxmaq həzm problemlərinizin qarşısını alacaqdır. Eyni zamanda maye qəbulunu da artıraraq mədənizi rahatlaşdıra bilərsiniz. Gündəlik içdiyiniz su təxminən 2,5 litr miqdarında olsun.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar