“Səhər yeməyi yemək niyə vacibdir?

Səhər yeməyi yemək niyə vacibdir?

Bədənimiz biz yatanda belə işləməyə davam edir. Axşam yeməyi ilə səhər yeməyi arasında təxminən 12 saat vaxt var. Bu müddət ərzində bədən qida maddələrinin hamısından istifadə edir. Əgər səhər yeməyi yeyilməsə, beyində lazımi miqdarda enerji yaranmaz. Bu halda yorğunluq, baş ağrısı, diqqət və anlama azlığı kimi problemlər yaranar.

Səhər yeməyi yeməyən uşaqların məktəbdə uğurları azalır. Başa düşmək, diqqət və fikrini yönəltmə qabiliyyətlərində zəifləmə baş verər. Bədən öz topladıqlarını istifadə edər və xəstəliklərə qarşı müqavimət düşər. Aclıq hissi ilə birlikdə yorğunluq yaranar.

Gün ərzində yeyilən qidalar arasında ən vacibi səhər yeməyidir. Günə yüksək əhval-ruhiyyə ilə başlamaqda və günü əlverişli istifadə edə bilməkdə səhər yeməyinin miqdarı və tərkibi böyük əhəmiyyət kəsb edir.

Bədənin davamlı işi üçün qan şəkərinin müəyyən səviyyədə olması vacibdir. Şəkərin azalması qədər yüksəlməsi də zərərlidir. Davamlı aralıqlar ilə və uyğun miqadarlarda qidalandığımız zaman qan şəkərinin səviyyəsi azalıb yüksəlməyəcəyi üçün bədən tarazlıqda işləyir.

Səhər yeməyi yemədən günə başlamaq iş verimliliyini də aşağı salır. Lazımi miqdarda protein qəbul edən insanın diqqəti çox yüksək olur. Səhər yeməyi yemədən idman edənlərdə baş gicəllənməsi, ürək bulanması və qusma şikayətləri meydana çıxır.

Yetərli səhər yeməyi necə olmalıdır?                                                                                    

Yaxşı səhər yeməyi gündəlik enerjinin 1/4 və ya ən az 1/5 hissəsini qarşılamalıdır. Gündəlik enerji sərfi yaş qruplarına görə fərqlilik göstərir. Fərdin enerji ehtiyacı 2.000-3.000 kcal olduqda səhər yeməyində 400-600 kcal qəbul etmək lazım gəlir.

Səhər yeməyində meyvə və tərəvəz yemək çox faydalıdır. Əgər tərkiblərində C vitamini də varsa, bu, dəmirin sorulmasını da artırır. Uşaqlar isə səhər yeməyində mütləq hər gün 1 stəkan süd içməlidir. Süd içməyən uşaqların lazımi miqdarda pendir və qatıq yeməsini təmin etmək lazımdır. Meyvə yerinə pomidor, bibər, yerkökü kimi tərəvəzlər də yeyilə bilər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar