Həddindən çox şəkər qəbul edən insanların qarşı-qarşıya olduğu təhlükələri sizin üçün qeyd etdik.
1.Ömrü qısaldır
Araşdırmalar zamanı şəkərli qidalar yedizdirilən siçanların normaldan daha az yaşadıqları məlum olub.
2. Sonsuzluq yaradır
ABŞ-da aparılan araşdırmalar göstərib ki, şəkər tozu verilən siçanlar nəsil artıra bilmirlər.
3. Aclıq yaradır
Qaraciyər ancaq meyvə kimi qidaların tərkibindəki təbii şəkəri tanıyır. Süni şəkər, yəni şəkər tozu insulin istehsalına kömək edə bilmədiyi üçün, beyinə toxluq siqnalının getməsinə maneə olur. Beləliklə, insan özünü mütəmadi olaraq ac hiss edir.
4. Daxili orqanlarda və bel bölgəsində piylənməyə səbəb olur.
Qaraciyər süni şəkəri parçalayıb, enerjiyə çevirə bilmir. Ona gərə də bu şəkər bədəndə yağ formasında toplanır.
5. Köklüyə səbəb olur
Beyinə toxluq siqnalı getmədiyi üçün insan mütəmadi olaraq yemək istəyir. Bu da həddən artıq kalori almağa və köklüyə gətirib çıxarır.
6. Ürək və damar problemləri
İflic, insult kimi təhlükəli vəziyyətlərə, həmçinin, ürək və damar xəstəliklərinə səbəb olur.
7. Sirroz
Qaraciyər yağlanmasına və sirroza səbəb olur.
8. Şəkər xəstəliyi
"Global Public Health" adlı nüfuzlu sağlamlıq jurnalında yayımlanan araşdırmaya görə, həddən çox şəkərli qidalar yemək şəkər xəstəliyinə gətirib çıxara bilər.
9. Xolesterol
Xolesterolun səviyyəsinin yüksəlməsinin əsas səbəbkarlarından biridir.
10. Mədəaltı vəzi xərçəngi
Daxili orqanların yağlanmasına səbəb olduğu üçün mədəaltı vəzi xərçənginə gətirib çıxara bilər.