“Yaşıl çayın bilinməyən faydaları

Yaşıl çayın bilinməyən faydaları

Tarixi təxminən 5000 il əvvələ qədər gedən yaşıl çay ilə bağlı elmi araşdırmalar bundan ancaq 20 il əvvələ qədər gedib çıxır. Araşdırmalar davam etdikcə yaşıl çayın başqa faydalarının ortaya çıxdığı da məlumdur.

Tərkibində olan yüksək E vitamini ilə xolesterolu aşağı salır, ağız qoxusunun qarşısını alır, təzyiq və şəkəri tənzimləyir. Güclü antioksidant tərkibə malikdir. Xəstəliklərə səbəb olan sərbəst radikalların təmizlənməsini sürətləndirir, xərçəng hüceyrələrinin inkişafının qarşısını alır və qan damarlarını gücləndirir. Kofein, teobromin və teofilin kimi alkaloidlər sayəsində enerji verir. Yaşıl çay həmçinin siqaret istifadəsindən yaranan toksinlərin təsirini azaldır.

Yaşıl çaydan faydalana bilmək üçün düzgün dəmləmək, ac qarına, isti və şəkərsiz içmək lazımdır. İdeal bir dəmləmə üçün iki stəkan isti suya 3 qram çay əlavə edərək, 3 dəqiqə dəmləyin. 3 dəqiqədən çox saxlasanız, dadı qaça bilər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar