“Əvəzedilməz bir qadın olmaq üçün nə etməli?

Əvəzedilməz bir qadın olmaq üçün nə etməli?

Bəzi qadınlar daim kişilərin diqqət mərkəzində olmağı bacarırlar. Ya da bəzi qadınların həyat yoldaşları onlardan heç vaxt əl çəkə bilmir və onlara bağlanır. Kişiləri özünüzə bağlamaq əslində düşündüyünüz qədər çətin deyil. Sadəcə onları anlamaq lazımdır.

Qarşı tərəfi özünə bağlamaq və onun üçün əvəzedilməz olmaq istəyən qadınlar üçün 5 əsas maddə var. Bu 5 maddəyə sadiq qaldığınız müddətcə onun gözü sizdən başqasını görməz və onun üçün əvəzolunmaz ola bilərsiniz.

Romantik olun

Romantizmdən xoşu gələnlər təkcə qadınlar deyil. Kişilərin də romantik qadınlardan xoşu gəlir. Sərt görünüşlərinin arxasında yatan romantik bir kişini yalnız özü kimi bir qadın ortaya çıxara bilər. Onu əldə etmək istəyirsinizsə, dozasını qaçırmadan romantik ola bilərsiniz.

Cəlbedici görünün

Mətbəxdə bir aşpaz, uşaqları ilə bir ana, onunla isə sevgili olmağınızı istəyirlər. Onu cəlb edə biləcək biri olmağınız vacibdir. Unutmayın, əlinizdəki silahları doğru yerdə və zamanda istifadə etməyi bilməlisiniz.

Onu rahat buraxın

Kişilər bəzən özlərinə vaxt ayırmaq istəyirlər və sizdən onların bu istəklərinə hörmətlə yanaşmağınızı gözləyirlər. Özlərinə aid müəyyən vaxtlarının olması sizdən bezdiklərini bildirmir. Onlar sadəcə beyinlərindəki sualları rahatlıqla düşünə biləcəkləri və çarə tapa biləcəkləri bir atmosferin varlığını xoşlayırlar.

Yalan danışmayın

Kim həqiqəti eşitməyi istəməz ki? Kişilər də istisna deyil əlbəttə. Boş düşüncələrə və narahatlıqlara beyin yormaq istəməyən kişilər dürüstlüyə çox əhəmiyyət verirlər. Əsla bağışlamayacaqları bir şey varsa, o da yalandır.

Onu güldürün

Onu güldürə bilirsinizsə, həyatında fəqli bir yeriniz olacaq deməkdir. Kişilərin şişirtmə olmayan yumordan xoşu gəlir. Onları güldürüb, ciddi hallarından uzaqlaşdırmağı bacaran qadınlar digərlərindən əlbəttə fərqlənəcəklər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!