Birinə bağlılıq sözü vermədən öncə özünüzdən soruşmalı olduğunuz 3 sualı sizlər üçün bir araya topladıq.
Onun mənim üçün doğru insan olduğunu necə bilə bilərəm?
Ətrafda minlərlə potensial namizəd varkən seçdiyimiz insanın bizim üçün doğru insan olub olmadığı tam olaraq naməlumdur. “30 Lessons for Loving: Advice from the Wisest Americans on Love, Relationships and Marriage” adlı kitabın yazarı Karl Pillemer kitabın hazırlanma dövründə 700 nəfərdən aldığı intervyular nəticəsində qarşınızdaki insanın doğru insan olub olmadığını anlamağınızı təmin edəcək 3 təməl sualın olduğunu öyrənib.
Münasibətiniz evlilik yolunu tutmadan öncə bu suallara göz gəzdirməyinizdə fayda var. Əgər cavablarınız “xeyr” olarsa, bəlkə də bir az da düşünməlisiniz.
1. Dost ola bilərikmi?
Uzun müddətdir evli olan cütlüklərdən “Uzun və xoşbəxt evliliyin sirri nədir?” - deyə soruşduğunuz zaman əksəriyyətindən “Ən yaxın dostumla evləndim” cümləsinin bənzərlərini eşidəcəyinizdən əmin ola bilərsiniz. Bənzər şəkildə evliliyi sonlanmış şəxslərdən də tez-tez “Bir-birimizi sevirdik amma necə yola gedəcəyimizi heç cür öyrənə bilmədik” cümləsini eşidə bilərsiniz. Romantizmdən əlavə cütlüklərin maraq dairələrini və dərdlərini bölüşməsi, bir-biri ilə empatiya qurması, birlikdə xoş vaxt keçirmələri də gərəklidir. Bu səbəbdən münasibətiniz ciddiləşmədən öncə özünüzə “Əgər bir-birimizi sevməsəydik dost ola bilərdikmi?” sualını verməlisiniz. Əgər cavabınız “xeyr”dirsə onda bir daha düşünməyinizdə fayda var.
2. Bir-birinizin ailəsindən xoşunuz gəlirmi?
Yaşlı insanlar olduqca açıq sözlüdürlər. Əgər gələcək həyat yoldaşınızın ailəsindən xoşunuz gəlmirsə, evlilik qərarı vermədən öncə iki dəfə düşünün. Potensial qohumlarınızı yaxından tanımaq yanlış seçim etməyinizi əngəlləyəcək ən önəmli şeydir. İlk olaraq qarşı tərəfin öz ailəsi ilə əlaqələri onun haqqında daha yaxşı fikir sahibi olmağınıza kömək edə bilər. İkinci olaraq artıq ikinci ailəniz olacaq insanlarla ünsiyyət qura bilib bilmədiyinizi görməlisiniz. Çünki əslində sadəcə bir nəfərə deyil bütün ailəyə “Hə” cavabı vermiş olursunuz və bu halda bütün həyatınızı problemli münasibətlərinizin olduğu qohumlarla keçirmək istəyərsinizmi? Bunu düşünməyinizdə fayda var.
3. Danışa bilirsinizmi?
Uzun müddətli evlilikləri olan insanlar bunun ən önəmli sual olduğunu deyirlər. Cütlük olaraq danışmalı olduğunuz mövzularda limitləriniz varmı? Bəlkə tərəflərdən birinin TV proqramları və ya alış-veriş haqqında danışmaq istəməməsi təbii ola bilər. Amma həyat yoldaşınızın hər şeyi bölüşə biləcəyiniz bir insan olması önəmlidir. Bəlkə sirli və səssiz insanlar sizə çəkici gələ bilər, amma bu insanların evlilik üçün mükəmməl namizəd olması bir qədər çətindir.
Həyat yoldaşınızı seçməyin mükəmməl bir metodu ya da alqoritmi yoxdur, amma təcrübəli insanlara görə bir addım geriyə çəkilib bu 3 sualı cavablandırmağınız sizi xətalar etməkdən qoruya və ya birlikdə keçiriləcək xoşbəxt bir həyata addım atmağınıza köməkçi olar.