Evlilik qərarı vermədən öncə hər insan düşünməli və evliliyə hazır olub olmadığını dərk etməlidir. Aşağıda evliliyə hazır olub olmadığınızı göstərən əlamətləri sizin üçün qeyd etdik.
Münasibətiniz artıq evliliyin danışıldığı mərhələyə gəldi, ancaq siz bunun doğru addım olacağından əmin deyilsiniz? Tərəddüdlərinizin olması çox təbiidir, çünki evlilik həyatınız üçün atacağınız çox böyük bir addımdır və qərar vermək də asan deyil. Evliliklə bağlı şübhələriniz çoxdursa, evliliyə hazır olub olmadığınızı sorğulamaqda fayda var. Gəlin sizi narahat edən səbəblərə birlikdə nəzər salaq.
Onun dəyişəcəyini düşünürsünüz?
Əgər qarşı tərəf bəzi xüsusiyyətlərini dəyişərsə, mükəmməl biri olacağını düşünürsünüzsə, onda evlilik qərarı vermədən öncə bir dəfə daha düşünməyinizdə fayda var. Çünki onun dəyişməsini ümid etməyiniz onu tam olaraq olduğu kimi qəbul etmədiyiniz anlamına gəlir və bu, birlikdə qurulacaq bir gələcək üçün heç də yaxşı bir əlamət deyil. Evlilik bir-birinizə mükəmməl olmayan halınızla duyduğunuz sevgi üzərində qurulmalıdır. Əgər onu olduğu kimi deyil, olmasını istədiyiniz kimi görür və sevirsinizsə, bu gələcəkdə çox böyük problemlərə səbəb ola bilər.
Bir qaçış yolu axtarırsınız?
Əgər sevgiliniz içində olduğunuz həyatdan qaçış yolu təklif etdiyi üçün evlənmək istəyirsinizsə, bunun elə də yaxşı bir hal olmadığını deyə bilərik. Onunla evləndiyiniz zaman maddi baxımdan və ya başqa səbəblərdən daha rahat bir yerdə olacağınızı düşünürsünüzsə və daha da önəmlisi evlilik qərarınızdakı ən önəmli səbəb budursa, bir daha düşünməyiniz yaxşı olar.
Məcbur hiss edirsinizsə...
Evlilik tamamilə sizin verməli olduğunuz bir qərardır. Sadəcə qarşı tərəf istəyir və ya artıq zamanının gəldiyini düşünür deyə onunla evlənməyiniz heç doğru deyil. Həmçinin ailənizdən ya da sosial çevrənizdən gələn evlilik təkidlərini də gözardı etməyi öyrənməlisiniz. Yaşınızın artdığını, ya da çox gecikmədən bir uşaq sahibi olmalı olduğunuzu deyən insanları dinləməyin və sadəcə qarşı tərəflə bir gələcək qurmaq istədiyiniz zaman evlənməyə qərar verin.
Birdən evliliyiniz davam etməz və bu zaman nə edəcəyinizi düşünürsünüzsə, evliliyə çox da hazır olmadığınızı demək olar. Əlbəttə evliliyinizin davam etməmə ehtimalı var. Ancaq öncədən alınmayacağına fokuslanmağınız münasibətinizə güvənmədiyinizin bir göstəricisidir.