“Evliliyə zərər verən 4 davranış

Evliliyə zərər verən 4 davranış

Münasibətinizə bilmədən zərər vurursunuzsa, mütləq bunu əksinə çevirməyin yollarını tapmalısınız. Əvvəlcə öz səhvlərinizlə üzləşməli olduğunuzu da unutmayın.

Qadınlar bəzən münasibətlərini gücləndirəcəyini düşünərək səhvlər edə bilirlər. Zərər görmüş bir çox evlilik bu münasibət üçün faydalı olacağı düşünülən davranışlardan təsirlənir. İndi isə gerçəklərlə üzləşmə zamanıdır.

Özünə baxmamaq

Bir çox qadın kişilərin həmişə rahat olan qadınları seçdiyinə inanır. Halbuki bu tamamilə doğru deyil. Bəli, kişilər özlərini hislər baxımından rahat hiss edən və sərbəst qadınlardan xoşlanırlar, amma bu düşüncə, xarici görünüş üçün keçərli deyil.

Evliliyin irəliləyən illərində həyat yoldaşınızın yanında özünüzü daha rahat hiss etməyə başlamağınız çox təbiidir, amma geyiminizə və görünüşünüzə də diqqət etməlisiniz. Çünki kişilər ən kiçik dəyişiklikləri belə hiss edə bilirlər. Ən rahat kişilər belə görünüşə çox önəm verirlər. Bunun üçün də münasibətlərinizin ilk dövrlərindəki kimi baxımlı olmağa çalışmalısınız.

Hislərinizi onunla bölüşməmək

O nə edirsə etsin siz ürəyinizə salmağa, əsəbinizi ona hiss etdirməməyə davam etdikcə əslində münasibətləriniz korlanacaqdır. Həyat yoldaşınız sizi həqiqətən incidəcək və ya əsəbləşdirəcək bir şey etdiyi zaman incidiyinizi ona bildirməlisiniz. Bunu həmin an ona açıqlamasanız o, bunu etməyə davam edəcəkdir. Digər tərəfdən fikrinizi və nə hiss etdiyinizi ona ifadə etmək özünüzə olan güvəninizi göstərəcəkdir.

Hər zaman dürüst olmaq

Bəzən bəyaz yalanlar danışmaq lazım gələ bilər. Nə də olsa həyat yoldaşınız hər zaman həqiqətlərlə mübarizə aparmağı bacarmaya bilər. Dürüstlük sağlam münasibətlərin təməl daşlarından biri olsa da bəzən həqiqətləri etiraf etməyiniz münasibətinizə güvənsizlik və əsəb gətirəcəksə, bəyaz yalan danışmaq bundan yaxşıdır. Əlbəttə burda söhbət böyük yalanlardan getmir. Böyük yalanlar ciddi sıxıntılara səbəb ola bilər.

Deyək ki, ailəniz həyat yoldaşınızı heç sevmir və həyat yoldaşınız da münasibətinizin ilk zamanlarında ailənizin onun haqqında nə düşündüyünü soruşdu. Bu zaman dürüst olmağa məcbur deyilsiniz. “Ailəm mənim həyatımla bağlı çox da rəy bildirmir” deyərək çox da məlumat vermədən söhbəti bağlaya bilərsiniz. Əgər ona ailənizin onu sevmədiyini desəniz onun bundan inciyə biləcəyini nəzərə alın.

Münasibəti hər şeydən üstün görmək

Davamlı şəkildə “biz” vurğusu edərək “Biz bir almanın iki yarısıyıq,birimiz olmadan o birimiz də olmarıq” kimi düşüncələrə qapılmaq çox qadının etdiyi səhvlərdən biridir. Evliliyiniz uzun müddətdir davam etsə də münasibət daxilindəki statuslarınızı itirməməyiniz çox önəmlidir. Bəzən özünüz üçün zaman ayırmamağınız münasibətinizi soyuda bilər. Bu da evlilikdəki həyəcanı öldürəcəkdir. Ən sağlam və xoşbəxt cütlüklərin bir-birindən ayrılıqda da vaxt keçirə bilən cütlüklər olduğunu unutmayın.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!