Mübahisə, hətta dava etmək normal bir şeydir. Amma mübahisədən sonrasına diqqət etmək lazımdır. Mübahisələrin münasibətinizin gedişatına pis istiqamətdə təsir göstərməməsi üçün mübahisədən sonra uzaq durmalı olduğunuz 5 hərəkəti sizlər üçün müəyyənləşdirdik.
Cütlüklərin mübahisə etməsi olduqca təbiidir. İki fərqli insansınız və bəzən fərqli istəkləriniz, fərqli seçimləriniz ola bilər. Əsas olan mübahisədən sonrakı davranışlarınızdır.
1. Soyuq davranmaq
Bir mübahisənin ardından bir az özünüzlə baş-başa qalmağa ehtiyacınızın olması təbiidir. Ancaq adətən çütlüklərin etdiyi ən böyük xəta mübahisədən sonra araya sədd çəkməkdir. Onu görməzdən gəlmək, diqqət etməmək kimi davranışlar qarşı tərəfdə onu cəzalandırırmışsınız kimi bir hiss yarada bilər və bu da aranızda məsafələr yaradacaqdır.
2. Bəsit bir üzrlə yola vermək
Haqsızlıq edən sizsinizsə, üzr istəmək vacib bir hərəkətdir. Amma həyat yoldaşınız hələ vəziyyətə görə narahatdırsa və inciyibsə, onda bəsit bir “üzr istəyirəm” sözü ilə vəziyyəti yaxşılaşdıra biləcəyinizi zənn etməyin. “Bu səbəbdən bunu etdiyim üçün...” ilə başlayan bir üzr onu incitdiyinizin fərqində olduğunuzu və ürəkdən üzr istədiyinizi ifadə edir qarşı tərəfə. Növbəti bir addım da “Bundan sonra bu şəkildə davranacağam” deməkdir. Bu sayədə səhvinizi təkrar etməyəcəyinizi də ifadə etmiş olarsınız.
3. Mübahisəyə səbəb olduğu üçün onu günahlandırmaq
Mübahisənin minlərlə səbəbi ola bilər. Pis bir gün keçirmiş ola bilərsiniz, başınız çox ağrıyır, yorğunsunuz, yetərincə yata bilməmisiniz. Bütün bunlara rəğmən günahı qarşı tərəfə atmaq heç də ədalətli bir davranış deyildir. Ən yaxşısı ona hazırki vəziyyətinizlə bağlı öncədən məlumat verməkdir. O bunu anlayacaq və daha diqqətli davranacaqdır.
4. “Mən belə demək istəmirdim” deməyin
Bu sözü demək sanki silgidən istifadə etməyə bənzəyir. Amma sizə müsbət bir nəticə verməz. Çünki siz bu sözü sərf etdikdən sonra həyat yoldaşınız daha da hiddətlənə bilər. Dediyiniz sözlər yerinə deyəcəyiniz sözlərə köklənməyiniz daha yaxşı olacaqdır. Eyni şəkildə həyat yoldaşınız da bu sözü işlətdiyi zaman hiddətlənmək yerinə daha müsbət düşünməyi sınamalısınız.