“Necə xoşbəxt bir cütlük ola bilərsiniz?

Necə xoşbəxt bir cütlük ola bilərsiniz?

Araşdırmalar bəzi cütlüklərin illər keçməsinə baxmayaraq hələ də çox xoşbəxt olduqlarını və bu xoşbəxt cütlüklərin bənzər xüsusiyyətlərə sahib olduğunu ortaya qoyur. 40 illik araşdırma nəticələrinə baxaraq bunun üçün hətta bir formul da irəli sürmək mümkündür. Minlərlə cütlüklə edilən araşdırmalar nəticəsində bu cütlüklərin xüsusiyyətləri də müəyyən edildi. 

Xoşbəxt cütlüklər yaxşı dostdurlar...

Bir-birlərini, nələri sevib, nələri sevmədiklərini, nələrdən sıxıntı hiss etdiklərini, nələrin onları xoşbəxt edə biləcəyini yaxşı bilirlər.

Xoşbəxt cütlüklər digərləri ilə bənzər müddətlərdə işləmələrinə rəğmən həftədə ortalama 5 saatı bir-birlərinə ayırırlar.

Xoşbəxt cütlüklər bir-birlərinə yaxşı hislər yaşadacaq sözlər demək fürsətini heç qaçırmırlar. Qarşı tərəfin etdiyi və xoşlarına gələn hər şeyi elə həmin andaca deyir, ya da təqdir etdiklərini hiss etdirirlər.

Onlar bir-birləri ilə daha çox ünsiyyət qururlar. Xoşbəxt cütlüklər müzakirələrə daha yumşaq bir şəkildə başlayırlar.

Belə cütlüklərdə hər iki tərəf də fərqli fikir səsləndirməkdən çəkinmir. Mübahisə zamanı əsəblər gərilsə belə, özlərini güvəndə hiss etməyə davam edirlər.

Xoşbəxt cütlüklər mübahisə əsnasında özləri özlərini sakitləşdirə bilirlər. Ehtiyac duyduqları zaman mübahisəni təxirə sala bilir, hər şeyi düzəltmək üçün addım ata bilirlər.

Xoşbəxt cütlüklərdə hər iki tərəf də dediklərini anlamaq istəyən birinin var olduğunu, fikrinin, düşüncələrinin qarşı tərəf üçün önəmli olduğunu bilir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!